Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:44

Yəmənin keçmiş prezidentinin öldürüldüyü xəbər verilir


Ali Abdullah Saleh. Foto bu ilin avqustunda çəkilib
Ali Abdullah Saleh. Foto bu ilin avqustunda çəkilib

Yəməndə qiymaçıların nəzarətində olan Daxili İşlər Nazirliyi bildirir ki, bir vaxtlar huti üsyançıların müttəfiqi, sonralar isə onların düşməni olan keçmiş prezident Ali Abdullah Saleh öldürülüb.

Dekabrın 4-də yayılmış bu bəyanatdan əvvəl Salehin meyitini göstərdiyi iddia edilən video yayılmışdı.

Əl-Məsriya telekanalının aparıcısı DİN-ə istinadən bildirib ki, “silahlı böhran başa çatıb, silahlıların lideri və onun cinayətkar tərəfdarları məhv edilib”.

Al-Arabiya telekanalı və Reuters agentliyi Salehin siyasi partiyası – Xalq Konqresinin Salehin dekabrın 4-də həlak olduğunu təsdiq etdiyini xəbər verirlər.

Partiya əvvəlcə bu hadisəni danır və liderin Sana şəhərində gedən ağır döyüşlərdə öz qüvvələrinə komandanlıq etdiyini bildirirdi.

Harada və kimin tərəfindən çəkildiyi bilinməyən videoda güllü örtüyə bürünmüş və başından yaralandığı görünən şəxsin Salehə bənzədiyi xəbər verilir.

Saleh dekabrın 2-də İran tərəfindən dəstəklənən huti qiyamçıları ilə müttəfiqliyinə son qoyduğunu bəyan etmişdi.

O son üç ildə paytaxt Sanada qiyamçılarla birgə hakimiyyətdə idi.

75 yaşlı Saleh 2012-ci ildə xalq etirazları nəticəsində devrilənədək 30 il müddətində Yəmənə rəhbərlik etmişdi.

Dekabrın 4-də səhər huti qiyamçılar Salehin Sanadakı evini partlatmışdılar. Bundan əvvəl iqamətgah Səudiyyə koalsiyası qüvvələrinin hava zərbələrinə məruz qalmışdı.

Beynəlxalq Qırmızı Xaç Komitəsi xəbər verib ki, Sanada gedən döyüşlərdə son altı gündə 125 nəfər həlak olub və daha 238 nəfər yaralanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG