Şənbə günü Yəməndə hökumət qoşunlarının bazasına edilmiş hücumda 100-dən çox adam həlak olub.
Bu barədə AzadlıqRadiosu yanvarın 19-da “The New York Times” qəzeti və AFP agentliyinə istinadla xəbər verir.
Hücumun paytaxta nəzarət edən "Huti" şiə qruplaşması tərəfindən törədildiyi bildirilir.
Hədəf Marib əyalətindəki hərbi düşərgə olub.
Məlumata görə ibadət vaxtı məsçidə raket düşüb.
Ölkənin beynəlxalq aləm tərəfindən ttanınan prezidenti Abdrabbuh Mansur Hadi bunu terror aktı adlandırıb və bildirib ki, bu hücumun arxasında İran durur.
Qeyd edək ki, “Huti” şiə quruplaşmasıdır, onu əsasən İran dəstəkləyir və silahla təhciz edir.
Səudiyyə Ərəbistanı və digər region ölkələri isə Yəməndəki vətəndaş müharibəsində hökumətin tərəfini saxlayırlar.
BMT-nin məlumatına görə, 2014-cü ildən bu yana İranda gedən vətəndaş müharibəsində 100 mindən çox adam ölüb.
Qeyd edək ki, hazırda paytaxt Saana və ölkəninşimal-qərbindəki ərazilərin əksəriyyəti “Huti” üsyançılarının nəzarətindədir.
Bu hücum, büynəlxalq koalisiya qüvvələrininHutilərə qarşı əməliyyata başlamasından bir gün sonra baş verib.