Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Yekaterinburqda qarşıdurmaya səbəb olan kilsə parkda tikilməyəcək


Yekaterinburqda kilsə tikintisinə etirazlar mayın ortalarında dörd gün davam edib
Yekaterinburqda kilsə tikintisinə etirazlar mayın ortalarında dörd gün davam edib

Rusiyada Sverdlovsk vilayətinin qubernatoru Yevgeny Kuyvashev özünün Instagram səhifəsində yazıb ki, “Yekaterinburq şəhərində dram teatrı önündəki parkı müqəddəs Yekaterina Kilsəsinin tikiləcəyi məkanların siyahısından çıxarmaq olar”.

Qubernator qeyd edir ki, Yekaterinburqun mömin pravoslavlarının çoxdan gözlədikləri məbədi daha münasibət yerdə tikmək mümkündür:

“Bu münaqişə başa çatdı. İndi biz məbəd üçün başqa yer tapmalıyıq”.

Kuyvashev öz bəyanatında Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin sorğu nəticələrinə istinad edib.

Sorğuda iştirak edənlərin 74 faizi müqəddıəs Yekaterina Kilsəsinin şəhərin mərkəzi parkında tikilməsinə qarşı çıxıb.

Qubernator bunu da qeyd edir ki, kilsə tikintisi üçün yeni yerin müəyyən edilməsinə görə də əhali arasında sorğu keçiriləcək. Lakin bu zaman təklif olunan yerlər arasında dram teatrının qarşısındakı park olmayacaq.

Rusiya Pravoslav Kilsəsi Yekaterinburq Yeparxiyasının bəyanatında keçirilmiş sorğuya şübhə ifadə olunur.

Yeparxiya hesab edir ki, bu sorğunu ehtirasların və qarşıdurmanın qızışdığı vaxtda keçirmək düzgün deyildi və adamlar Müqəddəs Yekaterina Fondunun verdiyi layihə ilə yaxından tanış olmamışdılar.

Şəhər meri Aleksandr Vysokinski habelə deyib ki, bu məsələdə son qərar şəhər hakimiyyətinin apardığı təhqiqatdan sonra qəbul olunacaq.

Onun sözlərinə görə ola bilər ki, kilsə tikintisi tərəfdarlarının təqdim etdiyi layihə ictimai rəyi dəyişsin.

Ümumrusiya İctimai Rəyin Öyərnilməsi Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə şəhər sakinlərinin 18 faizi müqəddəs və əzabkeş Yekaterinanın şərəfinə məbədin Yekaterinburq şəhərində tikilməsinə qarşıdır.

Adamların 58 faizi kilsənin yalnız parkdan başqa yerdə tikilməsinə razıdır.

Kilsənin məhz parkda tikilməsini rəyi soruşulanların 10 faizi istəyirdi.

Bu rəy sorğusu mayın 16-20-də keçirilib. Sorğunun keçirilməsi təşəbbüsü ilə prezident Vladimir Putin çıxış etmişdi.

Tikintisi Yekaterinburqda planlaşdırılan məbədin layihəsi
Tikintisi Yekaterinburqda planlaşdırılan məbədin layihəsi

Hələ 2018-ci ildə Yekaterinburqda “Sotsium” fondunun keçirdiyi ictimai rəy sorğusunda respondentlərin 42 faizi kilsə tikintisini dəstəkləməmişdi. Rəyi soruşulanların yalnız 22 faizi məbədin tikintisi ideyasına müsbət baxırdı.

Rusiya Pravoslav Kilsəsi isə bildirir ki, Yekaterinburqun hamisi müqəddəs Yekaterinanın adına kiləsinin tikintisi barəsində qərar 2010-cu ildə qəbul edilib. Hazırda parkın müdafiəçiləri bu qərarın qanuniliyi barədə məsələni məhkəməyə veriblər.

Lakin şəhər hakimiyyəti kilsə tikintisini artıq həll olunmuş və “müzakirəyə qoyulmayacaq” məsələ adlandırır.

XVII əsr üslübunda tikilməli olan kilsənin açılışı 2023-cü ilə təyin edilib. Həmin il Yekaterinburq şəhərinin 300 illiyi qeyd olunacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG