Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:50

Ukraynada Yeni il keçirən yəhudilər


Umanda Roş Haşana qeyd olunur, 25 sentyabr, 2022-ci il
Umanda Roş Haşana qeyd olunur, 25 sentyabr, 2022-ci il

Bu il “iri partilər” planlaşdırılmayıb və bütün şəhərdə spirtli içki satışı yasaqlanıb.

Dünya yəhudiləri Roş Haşana – Yeni İl bayramını qeyd edirlər.

Breslov hasidi hərəkatının yaradıcısı, hasidi təriqətinin banisi Baal Şem Tovun nəvəsi Breslovlu Rebbe Naxmanın məzarı Ukraynanın Uman şəhərində yerləşir. Bu il bu şəhərə çoxu İsrail, ABŞ, Britaniya və Fransadan olmaqla 23 mindən artıq zəvvar gəlib.

Roş Haşananı Umanda keçirmək 1810-cu ildə bu şəhərdə dünyasını dəyişən ravvinin davamçılarının can atdığı bir məqsəddir. Ziyarət zamanı dualar oxunur, rəqslər edilir, texno musiqisi partiləri keçirilir, koşer küçə təamları yeyilir.

Müharibə ili

“Ancaq bu il fərqlidir, çünki Ukraynada müharibədir”, – 10 il əvvəl İsraildən Ukraynaya köçən hasidi yəhudi Haim Hazin deyir. Rusiya Ukraynaya hücuma başlayanda Hazin dərhal fəaliyyətə keçərək İsrail vətəndaşlarının evakuasiyasına kömək etməyə, ukraynalı əsgərlərə ilk tibbi yardım dəstləri paylamağa, Donbasa ambulans göndərməyə başlayıb.

Müharibənin başlanmasından yeddi ay sonra isə Hazin dini tədbirin təşkilatçılığı ilə məşğul olur, yolu tapa bilməyən zəvvarların zənglərini qəbul edir, qırılan su borularını düzəldir, onlarla yemək zalında yeməklərin düzgün bişməsinə nəzarət edir.

Onun sözlərinə görə, bu il “iri partilər” planlaşdırılmayıb və bütün şəhərdə spirtli içki satışı yasaqlanıb. Bütün ölkədə gecə saat 11-dən komendant saatı elan edildiyindən gecələr çox sakit keçir.

Təhlükəsizlik tədbirləri

Yay ərzində bu il Umanda Roş Haşananın keçiriləcəyi belə sual altında idi. Putinin hücumundan sonra Ukrayna rəsmiləri zəvvarları ziyarətdən çəkinməyə çağırmış, onların təhlükəsizliyini təmin edə bilməyəcəklərini demişdilər. İsrailin Xarici İşlər Nazirliyi də vətəndaşları Ukraynaya getməməyə çağırmışdı.

Kiyevlə Odessa arasında yerləşən bu orta ölçülü şəhər iki dəfə rus bombardmanına məruz qalıb, mülki vətəndaşlar arasında ölən və yaralananlar olub. Ölkənin mərkəzi hissəsində yerləşdiyindən şərq və cənubdan qaçanlar bura pənah gətiriblər.

Dövlət səviyyəsində uzun-uzadı danışıqlardan sonra Ukrayna qapılarını zəvvarların üzünə açıb. Ancaq ciddi təhlükəsizlik tədbirləri görülüb. Şəhərin yəhudi məhəlləsi bayram müddətində keçid vərəqəsi olmayanların üzünə bağlanıb. Bu əmrin icrası üçün çox sayda polis əməkdaşı cəlb edilib.

Zəvvarlar

Bu il Umana Moldovadan keçərək gələn israilli Merdi Lixter 1988-ci ildən bəri hər il buraya gəlir. Onun atası hətta 1971-ci ildə Rabbi Naxmanın qəbrini ziyarət edə bilib. O dövrdə sovet Ukraynasında hasidi həyatı demək olar yox idi.

Hər yaşda və fərqli ölkələrdən zəvvarlar Roş Haşananı keçirmək üçün maşın və qatarla Rumıniya, Moldova, Macarıstan, Slovakiya və Polşadan keçərək Umana çatıblar.

Zəvvarların sayı pandemiya və Rusiya hücumundan öncəkinə nisbətən daha azdır.

"Mən Roş Haşananı Umanda keçirməməkdən daha çox qorxuram, nəinki müharibə içində olan ölkəyə gəlməkdən. Putin bizim qorxu içində yaşamağımızı istəyir, ancaq bizim üçün o heç kimdir", – Lixter deyir.

Sizcə, müharibə bitib, ya davam edir? - Sorğu
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

Həmrəylik

Şalom Olefşıts adlı başqa bir zəvvar əvvəlcə Ukraynaya gəlməkdən qorxduğunu, ancaq sonra Umanın cəbhə xəttindən uzaqda yerləşdiyini nəzərə alaraq gəlməyə qərar vediyini deyir.

"Biz İsraildə hava həyəcan siqnallarına öyrəşmişik. Bu yersə adi yer deyil, çünki buranı Rabbi Naxman qoruyur”, – o deyir.

Hasidi ziyarətçilərlə ukraynalılar arasındakı birlik yəhudi məhəlləsinin küçələrində keçirilən nəhəng ictimai dua mərasimində daha çox hiss olunur. Minlərlə zəvvar əllərini və səslərini qaldıraraq tanrıya Ukraynaya sülh və əmin-amanlıq göndərməsi üçün dua edir. Onların səsi Rabbi Naxmanın məzarının olduğu binaya daxil olur. Məhəllənin ortasında isə nəhəng lövhədə Ukrayna bayrağı yerləşdirilib.

Ziyarətçilərin bəziləri 5782-ci (2022) ilin son saatlarını Uman bazarında keçirib. Yerli satıcıların arasında meyvə-tərəvəz, qoz-fındıq və başqa şeylərin adlarını ivtitə tərcümə edib kiril əlifbası ilə yazanlar da var.

İtkin düşmüş hərbçilərin ailələrinə hüquqi status verilmir
Gözlə

No media source currently available

0:00 0:05:28 0:00

Tarixçə

Hasidi təriqəti XVIII əsrdə hazırda Ukraynanın cənub-qərbində və Moldovanın şimal-şərqində yerləşən tarixi Podillya bölgəsində meydana gəlsə də, Umana gələn müasir zəvvarların çoxunun əcdadları Ukraynadan deyil. Çoxunun Umanda baş vermiş yəudi qırğınlarından da xəbəri yoxdur.

XVIII əsrin ortalarında burada yaşayan minlərlə yəhudi kazak və Ukrayna kəndilərinin zorakı üsyanı zamanı qətlə yetirilib. Uman yəhudiləri Bolşevik inqilabından sonra baş qaldırmış sovet-Ukrayna müharibəsi dövründə də poqromlara məruz qalıblar. Holokost zamanı isə nasistlər şəhərin demək olar bütün yəhudilərini qətlə yetirib.

Hasidi təriqətinin üzvləri əsasən 1991-ci ildə Sovet İttifaqının çöküşündən sonra Ukraynaya ziyarətə, bəzi hallarda isə mühacirətə başlayıblar. Hazırda Umanda 100-dən çox hasidi ailəsinin yaşadığı bildirilir.

Mənzilin dəyərinin 40 faizini dövlət ödəyir? Sosial evlərdə xarici təcrübə
Gözlə

No media source currently available

0:00 0:04:28 0:00

Antisemitizm

Ancaq Uman sakinləri ilə hər il buraya gələn çoxsaylı zəvvarlar arasında münasibətlər də hər zaman hamar olmayıb. Bəzi sakinlər deyirlər ki, turistlərdən vergi toplanması, kommunal xidmətlərin təşkili, küçədəki səs-küy çoxlu problemlər yaradır. Antisemitizm və yerli sakinlərə hörmətsizlik hallarının baş verdiyi də deyilir. Ancaq sakinlər bu mənada vəziyyətin ildən-ilə yaxşılaşdığını deyirlər.

Hazin antisemitizmlə ABŞ və Avropada Ukraynadakından daha çox rastlaşdığını deyir. O hesab edir ki, Ukraynanın guya neonasistlər tərəfindən idarə olunduğunu iddia edən Putinin öz xalqına “denasifikasiya” kimi qələmə verməyə çalışdığı bu müharibə yəhudilərlə ukraynalıları bir-birinə daha da yaxınlaşdıracaq.

“Ukrayna xalqı başqalarının yer üzündən silməyə çalışdığı millətin iztirablarını indi çox yaxşı başa düşür”, – o deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG