Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 09:46

Dərslərin iyunun 14-də bitməsi narazılıq yaradıb


İllüstrasiya
İllüstrasiya

►"Yayın istisində uşaqlar dərsdə necə oturacaq?"

“Facebook” sosial şəbəkəsində Araz Mustafa adlı istifadəçi "Dərslər 1 sentyabr-25 may arasında keçirilsin" adı altında petisiyaya başlayıb.

Artıq 4 mindən çox adamın imzaladığı petisiyada tələb olunur ki, dərslər sentyabrın 1-də başlasın:

“Əvvəllər dərslər sentyabrın 1-də başlayırdı. Sonradan bunu hansısa səbəblərdən 15 sentyabr tarixinə keçirdilər. İndi isə dərs müddətini iyunun 15-dək uzadırlar ki, dərsləri çatdırmaq olmur. Yayın istisində uşaqlar dərsdə necə oturacaq? Bunu fikirləşən yoxdur. Xahiş edirik, dərslər əvvəlki kimi 1 sentyabr -25 may arasında keçirilsin”.

Müraciət prezident İlham Əliyevə, Nazirlər Kabinetinə, təhsil naziri Mikayıl Cabbarova ünvanlanıb.

Şagirdlərin bir ayağı qaçaraqdır

“Əgər dərsləri iki həftə uzatmaqla keyfiyyət artacaqsa, nəticə yüksək olacaqsa, onda məktəb elə sentyabrın 1-də başlasın”.

Bunu Bakı məktəblərinin birində dil-ədəbiyyat müəllimi işləyən Elnaz Eyvaz AzadlıqRadiosuna deyir.

Elnaz Eyvazlı: "Əgər dərs ilini iki həftə uzatmaqla təhsilin keyfiyyəti artacaqsa..."
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00
Direct-ə keçid

Onun sözlərinə görə, artıq şagirdləri sinifdə saxlamaq çətinləşib: “Gündə 5-6 saat dərsim var, bütün günü məktəbdəyəm. Şagirdlər zorla gəlirlər, çıxıb getmək havasındadırlar. Belə bir mühitdə necə keyfiyyətli dərs keçmək olacaq, bilmirəm”.

Elnaz Eyvaz deyir ki, istidən sinif otaqlarında da oturmaq olmur. O əlavə edir ki, dərslərin iyunun 14-nə kimi uzadılması sərəncamından əvvəl çap edilən metodik vəsaitlərdə mövzular mayın 31-nə kimi qruplaşdırılıb:

“Bizə keçən ildə dedilər ki, özünüz saatları uzadın. Biz də bəzi mövzuları uzatdıq ki, dərslər iyunun 14-də bitsin”.

____________________________________________________________

Bunlara da bax:
Rusiya ABŞ-dan 9 dəfə geri qaldığını etiraf etdi
Qarabağı işğal edən generalın qayıtması narahatlıq yaradıb

____________________________________________________________

“Vaxt girovuna çevriliblər”

Millət vəkili Fazil Mustafa da hesab edir ki, dərslərin iyun ayının 15-dək uzaldılması absurddur:

“İkinci yerdə gələn absurd qərar isə dərslərin sentyabr ayının 15-də başlamasıdır. Uşaq bağçaları, orta məktəb və ali məktəblər üçün bu cür vaxt dəyişiminin hansısa faydası olduğunu düşünmürəm”.

Onun sözlərinə görə, dərslər sentyabrın 1-də başlasa və mayın 31-də tamamlanarsa, həm təhsil alanlar və müəllimlər rahat olar, həm də valideynlər vaxt uzatmanın girovuna çevrilməzlər.

“Şagirdlər təlim proqramını səmərəli mənimsəmirdi”

AzadlıqRadiosunun sualını cavablandıran Təhsil Nazirliyi bildirir ki, inkişaf etmiş dövlətlərin əksəriyyətində tədris həftələrinin sayı 37 və daha artıqdır.

Tədris ilinin iki həftə uzadılmasını nazirlik şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaradılması ilə izah edir:

“Məktəblərdə dərs günlərinin miqdarının az olmasına görə şagirdlər fənlər üzrə mövcud təlim proqramlarını səmərəli mənimsəmir, xüsusilə, yuxarı siniflərdə həftəlik tədris yükünün artmasına səbəb olurdu. Bütün bunlar isə təhsil alanların sağlamlığına mənfi təsir göstərirdi”, - nazirliyin cavabında göstərilir.

“Yaz havasıdır”

Havaların isti keçməsinə, sinif otaqlarında oturmağın mümkünsüzlüyünə gəlincə, Təhsil Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən deyir ki, son 10 ildə ölkədə iyun ayının 1-dən 15-dək olan orta temperatur 22, maksimum 38 dərəcədir. Nazirlik əlavə edir ki, bu, sentyabrın 1-15-nə olan hava şəraitinə uyğundur.

“Hesab edirik ki, sentyabrın 1-dən 14-nə kimi olan müddətin yay fəslinə, 1-14 iyun tarixlərinin isə yaz fəslinə təsadüf etdiyini nəzərə alsaq, iyun ayında dərslərin keçilməsi hava şəraiti baxımından çətinlik törətməyəcəkdir”, nazirlik bildirir.

Təhsil Nazirliyi əlavə edir ki, Azərbaycanda dərs həftələrinin sayı Almaniya, İngiltərə, Türkiyə kimi ölkələrdən azdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG