Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 07:33

‘Rəsul Həsənin hazırladığı videonu sildiriblər’


R.Həsən

Qrafik dizayner, rəssam Rəsul Həsənin sərbəst buraxıldığı açıqlanıb. Bu barədə onun atası Elşən Həsənov danışıb.

Elşən Həsənovun sözlərinə görə, oğlunu səhər saatlarında taksidən düşəndən sonra polis əməkdaşları saxlayıb:

"Taksidən düşəndə yaxınlaşıb deyiblər ki, bizimlə getməlisən. İdarədə oğlumdan niyə müxalif fikirli olduğunu soruşublar, ailə tərkibi haqqında məlumat alıblar. Rəsul Həsənin hazırladığı videonu sildiriblər. Üstəlik də ona xəbərdarlıq ediblər ki, bu barədə ictimaiyyətə xəbər versə, barəsində daha ciddi tədbirlər görəcəklər ".

Elşən Həsənov əlavə edib ki, sabah, fevralın 19-da məsələ ilə bağlı Azərbaycandakı qərb səfirliklərinə müraciət etmək niyyətindədir:

"Onlar da Azərbaycanda nə baş verdiyini bilsinlər. Bu, bizim ailəyə qarşı ilk təzyiq deyil. Bir neçə il əvvəl prezident seçkiləri zamanı mənim digər ailə üzvümlə bağlı daha dəhşətli hadisə baş vermişdi və mən imza toplanmasını dayandırdım. Rəsulu da artıq bir dəfə polis idarəsinə dəvət etmişdilər, telefon nömrəsi həmin vaxt mitinq olan ərazidə qeydə alınıb deyə".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Amma Azərbaycanın hüquq-mühafizə orqanları bir qayda olaraq bəyan edirlər ki, Azərbaycanda heç kim dinc siyasi fəaliyyəti və tənqidi mövqeyinə görə, təqib edilmir.

***

Bundan əvvəlki xəbərlərdə qrafik dizayner və rəssam Rəsul Həsənin yerinin bilinmədiyi deyilirdi.

Bu barədə R.Həsənin atası Elşən Həsənov məlumat verib. E.Həsənovun sözlərinə görə, oğlu fevralın 18-də yoldaşı ilə bir yerdə işə getmək üçün taksi sifariş verib: «Saat 11 radələrində onlar evdən çıxıb, yoldaşı işə çatanda maşından düşüb, Rəsul isə işə getmək üçün yola davam edib. O andan etibarən ondan xəbər ala bilmirik. Telefonlarına zəng çatmır, amma sosial şəbəkələrdə xətdə görünür».

E.Həsənov əlavə edib ki, olay ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) «1022 xidmətinə məlumat verib.

Bəzi sosial şəbəkə istifadəçiləri vurğulayırlar ki, R.Həsən fevralın 16-da Mərkəzi Seçki Komissiyasının (MSK) önündə polislərin düzülüşü ilə bağlı videonu yallı versiyasında hazırlayıb paylaşıb. Bir sıra şəxslər onun yerinin bilinməməsini bu amillə izah edərək, gəncin saxlandığını düşünürlər.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev «Turan» agentliyinə bildirib ki, R.Həsənin saxlanılması ilə bağlı məlumatı yoxdur və BŞBPİ onu saxlamayıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə agentliyin sualına cavab olaraq məsələni araşdıracağını deyib.

Polis MSK qarşısında aksiyanı belə dağıtdı (Yekun video)
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

Xatırlama

Bu il fevralın 9-da Azərbaycanda parlament seçkiləri keçirilib.

Seçkinin nəticələrindən narazı qalan bəzi namizəd və siyasi qüvvələr MSK qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər. Amma DİN aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını əsas göstərərək onun qarşısını alıb.

XS
SM
MD
LG