Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 08:36

Yastıq altında pulu olan bunu oxusun


►Azərbaycanın öz investisiya şirkətləri olacaq

Qiymətli kağızlar bazarında fəaliyyət göstərən broker, diler və aktivləri idarə edən şirkətlərin gələn ilin yanvar ayından investisiya şirkətlərinə çevrilməsi prosesinə başlanıb.

İnvestisiya şirkətlərinin yaradılması sərbəst pul vəsaitləri olan şəxslərə yeni imkanlar açır.

Onlar öz vəsaitlərini həm ölkə daxilində, həm də xarici birjalarda pul qazanmaq üçün peşəkarlara etibar edə biləcəklər. "Balış altda" olan pulları həm də bu yolla iqtisadiyyata "qan vermək"üçün cəlb etmək mümkün olacaq.

Amma yaradılmaqda olan investisiya şirkətlərinin heç də hamsının “finiş xəttinə” çatacağını söyləmək hələ tezdir. İqtisadiyyatın böhran yaşadığı indiki dövrdə qiymətli kağızlar bazarının nəbzi də zəif vurmaqdadır.

İnvestisiya şirkəti olmaq iddiasını ilk ortaya atan - bazara 2014-cü ildə girmiş “Gilan Holding” Şirkətlər Qrupunun törəməsi - “Azfinance İnvest” MMC oldu.

Şirkət səhmdar cəmiyyətə çevrilməklə kapitalını mövcud şirkətlər arasında ən yüksək məbləğə - 1 milyon manata çatdırdı, adını da “Azfinance İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinə dəyişdi.

“Qiymətli kağızlar haqqında” qanunun investisiya şirkətlərinin xidmət sferasına aid etdiyi sahələrdən biri üzrə fəaliyyət göstərmək üçün yaradılmış “Azfinance Asset Management” MMC-nin onun içində əriyəcəyi isə artıq zaman məsələsidir.

Buna da bax: Müsəlmanlardan Britaniyada keçirilən sorğuya etiraz

Növbəti addımı “ADB Broker” MMC atdı. Şirkət adını “Dəmir İnvestisiya Şirkəti” QSC-yə dəyişdi. Amma “Qiymətli kağızlar bazarı haqqında” qanunun qəbul edilməsi onun üçün çox uğursuz bir dövrə təsadüf etdi. Qanun yayda təsdiq olundu. Bu o zaman idi ki, şirkətin broker lisenziyasının müddəti artıq bitmişdi, investisiya şirkətlərinin lisenziyalaşdırılması qaydaları isə hələ hazır deyildi.

İnvestisiya şirkətlərinin yaradılması sərbəst pul vəsaitləri olan şəxslərə yeni imkanlar açır. Onlar öz vəsaitlərini həm ölkə daxilində, həm də xarici birjalarda pul qazanmaq üçün peşəkarlara etibar edə biləcəklər. "Balış altda" olan pulları həm də bu yolla iqtisadiyyata "qan vermək"üçün cəlb etmək mümkün olacaq.

“Dəmirbank” ASC-nin törəməsi olan şirkətin “uğursuzluq zolağında” olması bununla bitmədi. Noyabr ayında sahibkarlıq fəaliyyətinə lisenziyaların verilməsi qaydalarında yenilik edildi: lisenziyaların verilməsi səlahiyyəti “ASAN Xidmət”ə ötürüldü. Elə həmin vaxt şirkətin diler lisenziyasının qüvvədə olma müddəti bitmişdi. Beləliklə, şirkət qiymətli kağızlar bazarından faktiki olaraq kənarlaşdırılmış vəziyyətə düşüb.

“Dəmir İnvestisiya Şirkəti” QSC-dən AzadlıqRadosuna deyiblər ki, problemlərə baxmayaraq, əsas investisiya xidmətlərinin göstərilməsi üçün yeni lisenziyanın alınması başlıca hədəfdir. Təsisçi kapitalın ən azı 300 min manata çatdırılmasını da təmin edəcək.

Qiymətli kağızlar bazarında qalmaq iddiasını “Unibank” ASC-nin yaratdığı “Unicapital” ASC də ortaya qoyub. Şirkətin kapitalı bugünlərdə 300 min manata qaldırıldı.

Buna da bax: Türkan Şoray dekabrın 9-da gələcək

Bazar iştirakçısı olan digər 11 şirkətin sahiblərinin nə fikirdə olduqları hələ məlum deyil. “Qiymətli kağızlar haqqında” qanun qüvvəyə mindiyi tarixədək broker, diler və aktivlərin idarəedilməsi fəaliyyəti üçün lisenziya almış şəxslərə verilmiş lisenziyalar 2016-cı il yanvarın 1-dək qüvvədədir. Amma bu şirkətlər yanvarın 1-dək investisiya şirkəti fəaliyyətinə lisenziya alınması barədə müraciət etməlidirlər.

Qanuna əsasən, o investisiya şirkəti ki, marja ticarəti, qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi, öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması ilə məşğuldur, onun nizamnamə kapitalı 300 min manatdan az olmamalıdır. Digər yardımçı xidmətlər göstərən şirkələr üçün kapital tələbi 75 min manatdır.

Hazırda kapitalı 300 min manatı aşan şirkətlər arasında “İnvest-AZ” MMC, “Trast Asset Management” MMC və “Texnika Kapital Menecment” MMC də var. Apardığı əməliyyatların həcminə görə daim liderlər sırasında olan “Paşa Kapital” MMC isə kapital tələbinə uyğunlaşmaq üçün təsisçisindən, ya da kapital bazarından daha 50 min manat cəlb etməlidir.

Kapital bazarında vəziyyət isə ürəkaçan deyil.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatına görə, bu ilin 10 ayında korporativ qiymətli kağızlar bazarında 4000-dək alqı-satqı əqdi bağlanıb. Bu, əvvəlki ilin eyni dövründəkindən 1300 ədəd azdır. Yəni, brokerlərin işi xeyli azalıb. Şirkətlərin səhm və istiqrazlarının ticarətinin həcmi 9 faiz azalaraq, 3 milyard 334 milyon manata düşüb.

Aparılan əməliyyatların əsas hissəsi marja ticarətinin üzərində qurulub. Ötən dövr ərzində peşəkar iştirakçıların iştirakı ilə 44 mindən çox əmtəə və valyuta əməliyyatı aparılıb. İnvestorlar 5,8 milyard manat ekvivalentində müxtəlif valyuta cütlükləri ilə ticarət ediblər.

XS
SM
MD
LG