Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:20

'STS', yəni 'qoca, şişman və ürküdücü” stüardessalar'


Foto: arxiv
Foto: arxiv

“STS” - “qoca, şişman və ürküdücü” (“старыми, толстыми, страшными”) adlandırılan rus stüardessalarını nəzərdə tutan 3 sözün baş hərflərindən yaranmış qısaltmadır

“STS” kateqoriyasına salınan stüardessaları “qoca, şişman və ürküdücü” adlandırırlar.

Rusiyanın ən böyük hava şirkətlərindən olan “Aeroflot”da çalışan uçuş heyətindən foto çəkdirməsi və çəkisi barədə bilgi verməsi tələb olunub. Nəticədə, bəzi stüardessalar “STS” kateqoriyasına salınıb.

“STS” kateqoriyasına düşənlərin, əsasən, ya yaşı 40-ı ötüb, ya da geydiyi paltarın bədən ölçüsü48-i aşır.

Bu yanaşmadan narazı qalan stüardessalar Rusiya prezidenti Vladimir Putin-ə vəprokurorluğa müraciət ediblər.

AzadlıqRadiosunun rus xidməti-nə müsahibəsində stüardessalar deyirlər ki, onlar əmək hüquqlarını pozduğuna və əməkdaşlar arasında xarici görünüş, çəki və yaşla bağlı ayrıseçkilik saldığına görə “Aeroflot”uməhkəməyə veriblər.

41 yaşlı Yevgenia Magurina ali təhsilli linqivistdir. O, 2010-cu ildən “Aeroflot”daçalışır, yüksək dərəcəli bort baxıcısıdır. Bu sahədə 15 illik iş təcrübəsi var. Bort baxıcıları qrupunun rəhbəri kimi xarici ölkələrə uçub və rəhbərlikdən təşəkkürnamələr alıb. Ancaq ötən ildən bəri ona yalnız Rusiya səması aşıqdır. O, tək deyil, 400-ə yaxın stüardessa Yevgenia-nın durumuna düşüb.

“Arıq və çox gənc qızlar dəbdir”

“Bu, ötən ilin iyununda baş verdi: Bizə dedilər ki, “Aeroflot”da xarici ölkə uçuşlarında sərnişinlərə ancaq çox gənc və arıq qızlar xidmət göstərəcək”, - Yevgenia Magurina-nın sözləridir.

O, stüardessaların hamılıqca şəklinin çəkildiyini və bədən ölçülərinin götürüldüyünü də sözlərinə əlavə edir: “Hətta bəzilərini tərəzidə də çəkdilər”. Yevgenia-nın sözlərinə görə, hava yolları şirkəti stüardessalara yeni forma sifariş edib.

Aeroflotun stuardesası Yevqenia Magurina 2010-cu ildə aviaşirkəti məhkəməyə verib
Aeroflotun stuardesası Yevqenia Magurina 2010-cu ildə aviaşirkəti məhkəməyə verib

Yevgenia Magurina deyir ki, yaşı 40-ı və bədən ölçüsü 48-i aşan hər kəsi daxili - o da gecə və səhər reyslərinə salıblar: “Demək olar, bizi gündüz reyslərinə buraxmırlar. Səbəbini soruşanda deyiblər ki, yeni qaydalar var. O, yeni iş rejimində maaşların da kəskin azaldığını bildirir.

Yevgenia Magurina sərnişinlərdən də təşəkkür alan stüardessadır. Madrid-Moskva reysində mikroinfarkt keçirən sərnişinə məhz o kömək göstərib.

Ancaq nə yüksək peşəkarlıq, nə təcrübə, nə də sərnişin məmnuniyyəti Yevgenia Magurina-nın önünə çəkilən sədləri dağıda bilməyib.

“Arıqlayanlara da faydası dəymədi”

“Aerpofot”un digər əməkdaşı - 42 yaşlı Natalya deyir ki, bəzi stüardessalar yeni kateqoriyaya düşmək üçün arıqlamağa da cəhd göstərdilər, ancaqyenə də xarici ölkə uçuşlarına buraxmadılar. Çünki qocalmış sayılırlar. O, yeni rejimin çətinliyindən danışır, gah səhər, gah da gecə uçduqlarını deyir. Beləcə, bütün həyat ritmini pozulub, iki məktəbli uşağının, ərinin üzünə həsrət qalıb.

“Aeroflot”un əməkdaşları üçün rəsmi tələbi

“Aeroflot” hava yolları şirkətinin stüardessalar üçün rəsmi qaydalarında geyim ölçüləri barədə hər hansı detal əksini tapmayıb. Sadəcə, sənəddə o bildirilir ki, geyim forması təmiz, səliqəli, ütülü və nöqsansız olmalıdır.

Ekipaj üzvünün xarici görkəmi ilə bağlı tələblərə gəlincə, bu da sənəddə bütün incəliklə əks olunub: “əməkdaş səliqəli xarici görkəmə, düz qamətə, təmiz və baxımlı üzə, ələ sahib olmalı, bədənin görünən hissələrində döymələrə yol verilməməlidir”.

Əməkdaş şəxsi gigiyena və sağlamlığının daqayğısına qalmalıdır: İşə gəlməzdən öncə duş almalı, ondan tər qoxusu gəlməməlidir. Ağzını təmiz saxlamalı, dişlərinə qulluq etməlidir,- bunlar da sözügedən sənəddə göstərilib.

“Şirkət rəhbəri Asiya qızlarını bəyənib”

Aeroflot-un rəhbəri ilə Vitaly Saveliev Putinin qəblunda, 13 yanvar 2016
Aeroflot-un rəhbəri ilə Vitaly Saveliev Putinin qəblunda, 13 yanvar 2016

” əməkdaşları deyirlər ki,şirkətin rəhbəri Asiya səfərindən qayıdandan sonra “arıq və gənc stüardessa” standartının tətbiqinə başlanıb. Onların fikrincə, Asiya qızları rəhbərliyin xoşuna gəldiyindən, indi biznes-klass üçün ucaboy, qamətli, şərq tipli gənc qızlar toplayırlar.

Ancaq yeni əməkdaşların işə qəbulu ilə bağlı elanda namizədin görkəmi ayrıca vurğulanmır. Sadəcə, namizəddən, ən azı, ortatəhsilli olması,xarici dil bilməsi və səhhətinin bu işə uyğunluğu istənir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG