Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:19

Deputat : 'Yaşayış minimumu həyat tələblərinə cavab vermir'


Normal yaşayış üçün minimum nə qədər pul lazımdır?
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Normal yaşayış üçün minimum nə qədər pul lazımdır?

«Azərbaycanda indiki yaşayış minimumu metodu beynəlxalq standartlara yox, ailələrə ünvanlı sosial yardımın verilə bilməsi üsullarına söykənərək müəyyən edilib. Odur ki, bugünkü gerçək həyat tələblərinə cavab vermir».

Bunu deputat Vahid Əhmədov bildirib. Onun deməsinə görə, həmin bu metod hesablama üsulu kimi qəbul edilərkən, hökumət onun müvəqqəti olacağını bildirib və sonra dəyişiləcəyi vədini verib:

«Amma neçə illərdir ki, bu metod dəyişmir. Beynəlxalq standartlarda ünvanlı sosial yardım yox, yaşayış minimumu anlayışı var».

V.Əhmədov ehtiyac meyarının 116, yaşayış minimumunun isə 173 manat müəyyən olunmasını normal saymır:

«İndiki bazarın tələbatı, qiymətlərin artması baxımından bunu normal saymaq olmaz».

Deputat deyib ki, dörd nəfərdən ibarət orta statistik ailənin aylıq dolanışığından ötrü 800 manat vəsait tələb edilir. Amma ölkədə bir çox ailələrin bu qədər gəlirə malik olması şübhəli görünür.

V.Əhmədov həmçinin bildirib ki, ehtiyac meyarından ötrü müəyyən edilən məbləğlə istehlak səbətinə daxil olan məhsulların arasında əhəmiyyətli dərəcədə fərq var.

Dövlət maaşına necə dolanmaq olur?
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

HÖKUMƏTİN MƏSƏLƏYƏ BAXIŞI

Bu məsələ parlamentdə gələn ilin büdcə müzakirəsi zamanı da gündəmə gəlib. V.Əhmədov kimi düşünən deputatlara cavab olaraq iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova vurğulayıb ki, yaşayış minimumundan asılı olmayaraq, ölkədə əmək haqları artırılır. O bildirib ki, yaşayış minimumunun hesablanması qaydası beynəlxalq praktikaya uyğundur:

«Azərbaycanda yaşayış minimumu 2014-cü ildən hesablanır. Yaşayış minimumu minimum istehlak səbətindən və icbari ödənişlərdən ibarətdir. Qanuna görə, yaşayış minimumuna hər üç ildən bir baxılır. Hazırda İqtisadiyyat Nazirliyində birgə komissiya yaradılıb. Biz Dünya Bankının ekspertlərini cəlb etməklə birlikdə minimum istehlak səbətinin və metodikanın ekspertizasını keçiririk».

XATIRLATMA

Noyabrın 23-ü Milli Məclisdə «Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında» Qanun layihəsi müzakirə edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib. Onun deməsinə görə, 2018-ci il üzrə yaşayış minimumu ölkə üzrə 173 manat, əməkqabiliyyətli əhaliyə 183 manat, pensiyaçılara 144 manat, uşaqlara da 154 manat müəyyən edilib.

«Gələn il üçün yaşayış minimumu bu ilin təsdiq olunmuş göstəricisindən 11 faiz çoxdur. Göründüyü kimi, ölkənin imkanları artdıqca, yaşayış minimumu artırılır», - deyə Z.Səmədzadə vurğulayıb.

Bu il rəsmi statistikaya görə, ölkədə inflyasiya 14 faiz təşkil edib. Ərzaq mallarının isə 18 faiz bahalaşdığı bildirilir. Ancaq müstəqil iqtisadçılar deyirlər ki, bahalanma rəsmi rəqəmlərdən daha yüksəkdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG