Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Yardımlıda meşə yanğının söndürülməsinə amfibiya təyyarəsi cəlb edilib


Meşə yanğını, arxiv foto
Meşə yanğını, arxiv foto

Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə meşə zolağında yanğın baş verib.

Bu barədə bu gün, iyulun 5-də Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb:

“ Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası, Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları, yerli əhali hadisə yerindədir. Yanğınsöndürmə işləri davam etdirilir”

FHN bildirir ki, yanğın söndürülmə işlərinə "Mi-17" helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi ( həm quruda, həm də suda enib, qalxa bilən təyyarə-R) cəlb olunub.

XS
SM
MD
LG