Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Yardımlıdakı meşə yangını lokallaşdırılıb


Yardımlı meşələri, 6 iyul 2018
Yardımlı meşələri, 6 iyul 2018

İyulun 5-də gecə saatlarında Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin çətin keçilən dağlıq meşə fondu ərazisində başlamış yanğının lokallaşdırıldığı bildirilir.

Buhaqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı məlumatda bildirilir.

Məlumata görə, iyulun 6-da yangını nəzarət altına almaq mümkün olub.

“Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yardımlı rayonu sahəsində baş verən yanğının söndürülməsinə cəlb olunan ekologiya və fövqəladə hallar nazirliklərinin əməkdaşları, yerli icra hakimiyyəti nümayəndələrinin, rayon sakininlərinin fədakarlığı nəticəsində iyulun 6-da yanğın lokallaşdırılıb. Eyni zamanda bir neçə ərazidə tüstülənmə müşahidə olunur”.

Nazirlik qeyd edir ki, yangının lokallaşdırıldığı ərazilərdə olan alov və tüstülənmənin tam qarşısını almaq istiqamətində işlər davam etdirilir, çətin keçilən ərazilərə texnika da cəlb olunub.

Yangının səbəbləri, əhatə arealı haqda detallı məlumat verilmir.

Xatırlatma

Dünən, iyulun 5-də səhər saatlarında Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yaymışdı ki, Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə meşə zolağında yanğın baş verib.

FHN həmçinin bildirirdi ki, yanğın söndürülmə işlərinə "Mi-17" helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi ( həm quruda, həm də suda enib, qalxa bilən təyyarə-R) cəlb olunub.

FHN-nin iyulun 6-da yaydığı məlumatda da qeyd edilirdi ki, yanğının söndürülməsinə Cəlilabad rayonunun Fətullaqışlaq kəndi istiqamətindən də başlanıb.

XS
SM
MD
LG