Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:58

"Əlillərə zəng edib 350 manat rüşvət gətirmələrini istəyirlər"


İllüstrasiya
İllüstrasiya

►“Yardımlı rayon Mərkəzi Xəstəxanasında rüşvət tüğyan edir. Bu qanunsuzluğa kim son qoyacaq? Bu biabırçılıqların qarşısını kim alacaq?”

Yardımlı rayon sakini Ağa Hüseynov AzadlıqRadiosunun “Qaynar xətt”inə danışır ki, əlilliyi olan rayon sakinləri aldadılır. Əlillik pensiyalarının uzadılması üçün onları vaxt-bivaxt müvafiq komissiyaya dəvət edib rüşvət alırlar:

“Vətəndaşlara zəng edərək onların komissiyadan keçmək vaxtı olduğunu deyirlər, Yardımlı rayon Mərkəzi Xəstəxanasına çağırırlar. Elə telefondaca özləri ilə 350 manat pul gətirmələrini də tapşırırlar. Vətəndaşlar Yardımlı rayon Mərkəzi Xəstəxanasına gəlirlər, komissiya üzvləri 350 manatı alıb onlara sənəd verirlər. Vətəndaş bilmir ki, təzə qanuna görə, o, 5 ildən bir komissiyadan keçməlidir. Özü də heç bir yerə pul ödəmədən…”

Ağa Hüseynov bu məsələdə xəstəxananın bir sıra həkimlərinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 31 saylı Tibbi Sosial Ekspert Komissiyasının üzvlərinin adını hallandırır:

“HƏRƏSİ BİR KƏNDƏ EZAM OLUNUB”

“Bu adamlar hərəsi bir kəndə ezam olunub. Vətəndaşların mobil telefonlarına zəng edərək onların komissiya baxışından keçmək vaxtının çatdığını deyirlər. Cənab Səlim Müslümov komissiyadan keçməyin müddətini ona görə uzatdı ki, əlillər əziyyət çəkməsin. Görəsən, Səlim Müslümovun 31 saylı tibbi sosial ekspert komissiyasındakı biabırçılıqdan xəbəri varmı? Görəsən, əlilin, körpənin pulunu necə alıb yeyir bu məmurlar?”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Elman Babayev AzadlıqRadiosuna bu şikayətlə bağlı qurumun mövqeyini açıqlayıb.

O, bildirib ki, nazirliklə bağlı səslənən fikirlər araşdırılacaq. Ancaq qurum sözçüsü hesab edir ki, bu məsələdə günahın bir hissəsi elə vətəndaşların özündədir:

“Dəfələrlə bəyan olunub ki, hazırda təkrar müayinədən keçməli olan əlilliyi olan şəxslərin səhiyyə müəssisələrinə müraciət etmələrinə ehtiyac yoxdur”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

TSERAS QEYDƏ ALACAQ

Qurum sözçüsü prezidentin ötən il verdiyi fərmanı xatırladır.Belə ki, əlillik təyinatında şəffaflığın artırılması məqsədilə müvafiq əsasnaməyə dəyişikliklər edilib. Nazirlər Kabineti bu ilin yanvarında yeni Əsasnamə təsdiq edib. Bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış 2-ci və 3-cü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti ƏƏSMN-də qurulmuş Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) tərəfindən 5 illiyə uzadılır.

Əsasnaməyə görə, sağlamlıq imkanlarının məhdudluğu müddəti başa çatmamış 18 yaşadək uşaqların məhdudluğu, 18 yaşından yuxarı olmamaqla, 3 il müddətinə uzadılır.

Nazirlik əlilliyi olan şəxslərə müraciət edir ki, onların səhiyyə müəssisələrinə, eləcə də zona Tibbi-Sosial Ekspert Komissiyalarına müraciət etmələrinə ehtiyac yoxdur.

Nazirliyin nəzdində qurulmuş TSERAS vasitəsilə 1-ci dərəcə əlillik təyin olunmuş və əlillik müddəti başa çatmış şəxslər avtomatik olaraq ömürlük 1-ci qrup əlilliyi olan şəxs kimi qeydiyyata alınacaqlar.

Həmçinin 2-ci və 3-cü dərəcə əlillik təyin edilmiş şəxslərin ildə bir dəfə təkrar əlillik müayinəsindən keçirilməsinə son qoyulur və onların təkrar əlillik müayinəsi əlillik təyin olunduğu vaxtdan beş il sonra aparılacaq.

Buna da bax...

____________________________________________________________

Bu fotosessiyalara da bax:

____________________________________________________________

XS
SM
MD
LG