Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 13:42

 Duman, çiskin və yağış gözlənir 


Fevralın 2-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru yağış yağacağı gözlənir. Şimal-qərb küləyinin əsəcəyi, gündüz arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9 dərəcə isti proqnozlaşdırılır.

Fevralın 2-də Azərbaycanın bəzi rayonlarında da arabir yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG