Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 20:19

Yaponiyada yarım trilyonluq iqtisadi paket açıqlanır


Fumio Kişida
Fumio Kişida

Son aylar gündəlik yoluxmalar xeyli azalıb, əhalinin 75 faizindən çoxunun tam peyvənd olunduğu bildirilir

Dünyanın üçüncü böyük iqtisadiyyatı olan Yaponiya hökuməti COVID-19 pandemiyasından dirçəliş məqsədilə 490 milyard dollarlıq paket açıqlayır.

Pandemiya başlanandan üçüncü olan bu plan “Yaponiya xalqına təhlükəsizlik və ümid hissi çatdırmaqdan ötrü yetərlidir”, – Baş nazir Fumio Kişida noyabrın 19-da hökumətin iclasından qabaq deyib. Paketin həmin iclasda təsdiqlənəcəyi gözlənir.

İsrafçılıq?

Yaponiya iqtisadiyyatı üçüncü rübdə gözlənildiyindən daha çox kiçilib. Yoluxmaların artması xərcləmələrə, təchizat zəncirindəki problemlər isə biznesə ziyan vurub.

Son aylar gündəlik yoluxmalar xeyli azalıb, əhalinin 75 faizindən çoxunun tam peyvənd olunduğu bildirilir. Ölkə boyunca qadağaların çoxu qaldırılıb.

Tənqidçilər isə paketi israfçılıq sayırlar. Onlar hazırda bir sıra böyük iqtisadiyyatların pandemiyaya bağlı fövqəladə monetar və fiskal siyasəti səngitməsinə diqqət çəkilər. Üstəlik, Yaponiyanın nəhəng həcmdə dövlət borcu yığılıb, ümumi daxili məhsulun 250 faizinə bərabərdir.

Almaniya

Avropada isə ölkələr bir-birinin ardınca yeni qadağalar, peyvənd vurdurmayanlar üçün məhdudiyyətlər açıqlayırlar. Qış qabağı regionda yeni yoluxma dalğası vüsət alır.

Almaniya federal hökuməti ştat liderləri ilə birlikdə hospitalizasiya səviyyəsinə uyğun olaraq ölkənin müxtəlif yerləri üçün yeni qadağalar açıqlayıb. Peyvənd vurdurmayan, COVID-19-a yoluxmayanların ictimai tədbirlərə çıxışının məhdudlaşdırılacağı planlaşdırılır.

Kansler Angela Merkel noyabrın 18-də deyib ki, bu tədbirlər pandemiyanın “çox narahatedici” dördüncü dalğası ilə mübarizədə gərəklidir.

“Daha çox adam peyvənd vurdursaydı, indi gərəkən tədbirlərin çoxu gərəkməzdi. İndi də peyvənd vurdurmaq çox gec deyil”, – Merkel vurğulayıb.

Yunanıstan

Çex Respublikası, Slovakiya, Avstriya və Avropanın digər yerlərində də peyvənd olunmayanlar üçün yeni qadağalar tətbiq olunub.

Yunanıstanda gələn həftədən peyvənd vurdurmayanlar daha sərt məhdudiyyətlərlə üzləşəcəklər.

Qapalı ictimai məkanlara – kinoteatrlara, teatrlara, barlara, gözəllik salonlarına ancaq vaksin olunmuşların girişinə icazə veriləcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG