Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 12:51

ABŞ: 'Etirazı kənar qüvvələrin yatırmasının fəsadlarını xatırlayırıq'


Sovet qoşunları Bakıda. 1990
Sovet qoşunları Bakıda. 1990

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri də Şəhidlər xiyabanını ziyarət ediblər.

Azərbaycan Daxili İşlər Nazirliyi koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən karantini səbəb göstərərək ziyarətə yalnız 10 nəfərdən çox olmayan qruplar şəkilində icazə veriləcəyini açıqlamışdı.

+++

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi yanvar hadisələrinin 32-ci ildönümü ilə əlaqədar bəyanat verib.

Bəyanatda yazılıb ki, azərbaycanlılarla birgə kədəri paylaşır və həlak olanları yad edirlər: "Biz bu gün etirazı kənar qüvvələrin amansızcasına yatırmasının fəsadlarını xatırlayırıq. Biz xarici qüvvələrinin ölkəyə yeridilməsi, iğtişaşları yatırtmaq adı ilə mülki əhaliyə qarşı silaha əl atması və əhalinin məruz qaldığı dəhşətli itkiləri xatırlayırıq. Biz 1990-cı ildə Bakıda baş vermiş Qara Yanvarı, amansız repressiyaları xatırlayır, xəsarət alanlara və həlak olanlara görə kədərlənirik".

Bəyanat bu sözlərlə başa çatır: "Biz inanclarını müdafiə etmək üçün həyatlarını fəda edən bütün insanları xatırlayırıq".

Bir dəqiqəlik sükut

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bir çox yerlərində 32 il öncə 20 Yanvar faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bir sıra yerlərdə nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən siqnallar verilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

İnsanlar xiyabana gəlir

Yanvarın 20-də səhər saatlarından başlayaraq rəsmi şəxslərin ardınca sıravi vətəndaşlar da Bakıda Şəhidlər xiyabanına gəlirlər. Onlar həlak olanların xatirəsinə hörmət və ehtiramlarını bildirirlər.

20 Yanvar faciəsindən 32 il keçir

Bu gün, yanvarın 20-si səhər saatlarında Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Bakıda Şəhidlər xiyabanını ziyarət edib.

Dövlət başçısı 32 il öncə həmin hadisələrdə həlak olanların xatirəsini yad edib.

32 il öncə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Silahlı Qüvvələri Bakıda qırğın törədib. Bu hadisələr nəticəsində 130-dan çox şəxsin həlak olduğu, 700-dən çoxunun yaralandığı, 1000-dən çox fəalın isə həbs edildiyi bildirilir.

O vaxtdan hər il yanvarın 20-si Azərbaycanda faciə qurbanlarının anım mərasimləri keçirilir.

XS
SM
MD
LG