Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:48

Zığ şossesindəki fərdi evlərdə yanğın baş verib


arxiv foto
arxiv foto

Bu gün, iyunun 26-da Bakı şəhərində Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın baş verən əraziyə gedən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlama verib.

"Report"un xəbərinə görə, nazir bildirib ki, ilkin versiyaya görə yanğın quru otdan başlayıb: “Bir neçə evin dam örtüyünə zərər dəyib. Xəsarət alan, yaralanan yoxdur. Altı hektar boş ərazidir. Buranın çoxu özəl və baxılmayan ərazilərdir. Nə vaxtsa alınıb, amma heç bir təhlükəsizlik, suvarma tədbirləri görülməyib. Yay aylarında quru otdan yanğınlar olur və bunu böyük faciə kimi qəbul etmək lazım deyil".

K.Heydərov əlavə edib ki, bu hadisənin səbəbləri araşdırılacaq:

"Kameralarda, yəqin ki, var. Əgər təxribat deyilsə, adi yanğın hadisəsidir. İnsanlar diqqətli olmalıdır".

Artıq yanğının sönrüldüyü bildirilir.

XS
SM
MD
LG