Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:48

Binəqədi yanğınının nə qədər zərər vurduğu açıqlandı


Yanan bina.
Yanan bina.

Binəqədidə ötən il mayın 19-da 15 nəfərin ölümünə yol açan yanğın həm də 2 milyon 951 min manat maddi ziyan vurub. Bu barədə ekspert rəyi dekabrın 12-də həmin yanğınla bağlı məhkəmədə açıqlanıb.

“Binanın divarından 70-80 sm aralı...”

Elan olunmuş başqa bir ekspert rəyində isə o yanğının mənbəyindən bəhs olunur və deyilir ki, hadisə binaya bitişik qeyri-yaşayış sahəsinin damının üstündə - binanın divarından 70-80 sm. aralıda başlanıb. Hadisənin damın üstündə alışqan özəllikli zibil tullantılarının yanmasından, oradan da yanğının bina üzlüyünə keçməsindən qaynaqlandığı bildirilib.

Buna da bax:​ Yanan bina işi: Neftə hopdurulmuş kəndirlə binanı kim yandırmaq istəyib?

Binadakı qaz balonları alovun yayılmasını sürətləndirib?

Ekspert yanğının sürətlə yayılmasına da münasibət bildirib. Hadisənin baş verdiyi 16 mərtəbəli binada təbii qaz olmayıb. Sakinlər qaz balonlarından yararlanıblar.

Rəydə yazılıb ki, yanğının üzlüklərin üstü ilə sürətlə yayılmasını "mənzillərdəki propan balonlarında olan və yaxud onların birləşdirici hissələri ilə hərəkət edən propan qazının alovlandırması şərtləndirilə bilərdi".

Başqa bir ekspert rəyində isə binaya vurulmuş üzlüklərin odadavamlı olmadığı göstərilib.

Buna da bax: Yanan bina işi: 'Tüstüdən boğulmurdusa, özünü niyə atırdı?'

“Həmin ekspertlərin təhqiqatda iştirakı yolverilməzdir”

Binanı üzləmiş "Global Construction" və həmin üzlükləri buraxmış "Global Stone" şirkətlərinin təsisçisinin, hazırda o yanğına görə hakim qarşısına çıxarılan 8 nəfərdən birinin - Miryusif Mahmudovun vəkili İlhamə Həsənova poliuretan məhsullarının odadavamlığını sınaqdan keçirən ekspertlərin məhkəmədə dindirilməsini istəyib: "Həmin ekspertlərin təhqiqatda iştirakı yolverilməzdir, çünki onlar bu təhqiqatda maraqlı şəxs olublar. Həmin ekspertlərin rəyi sübutlar siyahısından çıxarılmalıdır".

Buna da bax:​ Binəqədi yanğın işi: 'MTN əməkdaşlarına 50 min verildi'

Nümunələr düzgün götürülməyib?

Müdafiəçi deyir ki, bu təhqiqat üçün nümunələr düzgün götürülməyib.

"Global Stone" şirkətinin baş direktoru, təqsirləndirilən şəxslərdən Uğur Bəşirovun vəkili Cavid Rzazadə də təkrar ekspertizanın keçirilməsini istəyib.

Məhkəmə dekabrın 13-də davam edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG