Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:26

Bəzi məntəqələrdə propan qazı bahalaşıb


Arxiv foto
Arxiv foto

Sentyabrın 7-də ölkənin bəzi yanacaqdoldurma məntəqələrində minik avtomobillərindən ötrü nəzərdə tutulan propan qazının (LPG) bahalaşdığı bildirilir.

“ Turan” agentliyinin xəbərinə görə, onun 1 litrinin qiyməti 40 qəpikdən 45 qəpiyə qaldırılıb.

SOCAR nə deyir?

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu məsələyə münasibət bildirib.

Şirkətdən “Report”a verilən açıqlamada qeyd edilir ki, bütün neft məhsulları Tarif (Qiymət) Şurasının təsdiq etdiyi topdansatış və pərakəndə satış qiymətləri ilə istehlakçılara satılır.

“Avtomobil benzini və dizel yanacaqları üçün təchizat tarifi nəzərə alınmaqla pərakəndə satış qiyməti təsdiq olunduğundan respublikanın müxtəlif rayonlarında həmin məhsulların satışı eyni qiymətlə həyata keçirilir. Lakin bəzi neft məhsulları, o cümlədən maye qaz üçün təchizat tarifi nəzərə alınmadan ancaq topdansatış qiymətləri təyin edilib. Hazırda istehlakçıların maye qazla təchizatını müxtəlif sahibkarlar həyata keçirirlər və maye qazın pərakəndə satış qiyməti həmin məntəqələrin, sahibkarların xərcləri nəzərə alınmaqla təyin edilir. Bu səbəbdən müxtəlif satış məntəqələrində topdansatış mərkəzindən yerləşmə məsafəsindən asılı olaraq pərakəndə satış qiymətlərində müəyyən fərq yaranır”, - deyə açıqlamada vurğulanıb.

Xatırlatma

Bu il avqustun 20-də isə Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı yanacağın qiyməti qalxmışdı.

“ Aİ-95” markalı benzinin litri 1 manat 50 qəpiyə yüksəlmişdi. Həmin markalı benzin bundan əvvəl 1 manat 25 qəpiyə satılırdı.

“Aİ-98” super markalı benzinin bir litri də 1 manat 60 qəpiyə qaldırılıb. Bu markalı benizin də bundan öncə 1 manat 50 qəpiyə idi.

Azərbaycanda ən çox istifadə edilən “ Aİ-92” beniznin qiyməti isə 2017-cı ildə bahalaşıb. Ekspertlər deyir ki, son illər benzin bahalaşdığından bəzi kasıb təbəqə avtomobdə yanacaq kimi propan qazından istifadə edirdi. Hərçənd, bəzi ekspertlər avqtomobillərdə kustar qaydada qazdan istifadəni olduqca təhlükəli sayırlar.

XS
SM
MD
LG