Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Çexiya Praqanın mərkəzində özünü yandıran Yan Palaxın xatirəsini anır


Photo of Jan Palach, at his grave
Photo of Jan Palach, at his grave

1969-cu ilin yanvarında, özünü Praqanın mərkəzində yandıran 20 yaşlı tələbə Yan Palaxla vidalaşmağa 40 minədək adam gəlmişdi.

Praqa, Yan Palaxın dəfn mərasimi
Praqa, Yan Palaxın dəfn mərasimi

Bu, Sovet qoşunlarının Çexoslavakiyaya soxulmasından bir neçə ay sonra baş vermişdi.1968-ci ilin avqustunda Sovet qoşunları bu ölkədə daha liberal cəmiyyət, o vaxt deyildiyi kimi, “insan sifətli sosializm” qumaq cəhdini boğdu.

Palax deyirdi ki, özünə qəstdə məqsədi, məhkumluq və ümidsizliyə düçar olmuş Çexoslovakiya cəmiyyətini silkələməkdir.

“Palax, tarixdə öz yolunu tapmağa can atan, amma bu istəyi böyük imperiya qüvvəsi tərəfindən boğulan alçaldılmış kiçik xalq və ya xalqların rəmzinə çevrildi. Palax göstərdi ki, ayrı-ayrı insan həyatından daha vacib məsələlər var”, tarixçi Petr Blajek deyir.

Bütün dünya mətbuatı həmin vaxt Palaxdan yazırdı. O, bu addımı atan ilk adam deyildi.

Bir il öncə, 1968-ci ilin sentyabrında Varşavada keçirilən məhsul bayramı vaxtı tribunada olan 59 yaşlı Rışard Sivets özünü yandırdı. O ölümündən əvvəl, Çexoslovakiyaya qoşun yeridilməsi və bunda Polşa ordusunun da iştirakını ittiham edən səs yazısı qoymuşdu.

“Mənim, sadə bir insanın qışqırtısını eşidirsiz? Bu, öz azadlığını və başqalarının azadlığını hər şeydən, öz həyatından da çox sevən, xalqa müraciət edən bir adamın fəryadıdır”, Sivets həmin səs yazısında deyir.

Həmin tədbirdə 100 mindən çox adam iştirak edirdi, amma hakimiyyət Sivetsin faciəvi ölümünü bir neçə ay gizli saxlaya bildi. Azadlıq Radiosunun Polşa xidməti bu barədə, Yan Palaxın özünə qəsd etməsindən sonra məlumat verdi.

Yan Palaxdan əvvəl daha bir nəfər də özünü yandırmışdı.

1968-ci ilin noyabrında Ukraynda - Kiyevin mərkəzində 40 yaşlı Vasil Makux da özünə qəsd elədi.

Vasil Makux bununla Çexoslovakiyanın işğalı və Ukraynadakı Sovet rejiminə etiraz elədi.Sovet mətbuatı bu barədə heç bir məlumat vermədi. Amma Çexoslovakiyadakı vəziyyət tamalilə fərqliydi.

“Baxmayaraq ki, bu, işğaldan bir neçə ay sonra baş vermişdi, mətbuat hələ də müəyyən qədər azad idi. Palaxın özünə qəsd etməsinə olan güclü reaksiyanı geniş şəkildə işıqlandırdı. Ona görə də bütün Sovet blokunda bunu hamı bildi. Bundan başqa, bunu Azad Avropa və Azadlıq radiosu da hərtərəfli şəkildə vişıqlandırdı”,tarixçi Petr Blajek deyir.

Bu xəbərdən sonra tələbələr Palaxın özünü yandırdığı yerdə aclıq aksiyasına başladılar. Onlardan biri də Yan Zayits idi. Onun adı indi Praqanın mərkəzindəki xatirə lövhəsində Palalaxla yanaşıdır. Zayits Palaxın ardınca özünü yandıran bir neçə nəfərdən biri idi. Amma içtimai rezonans artıq zəif idi.

“Hər şeydən əvvəl senzura kəskinləşdirilmişdi. Palaxın özünü yandırmasından dərhal sonra 16 tanınmış xarici jurnalist ölkədən çıxarıldı. Və bundan sonra bu cür insidentlərin işıqlandırılmasına məhdudiyyət qoyuldu”,tarixçi Petr Blajek deyir.

Amma Yan Palaxın adı rəmzə çevrildi. Ölümünün 20 illiyində-1989-cu ildə Çexoslovakiyada başlayan etirazlar bir həftə davam elədi. Həmin ilin sonunda başlayan kütləvi nümayişlər nəticəsində isə Kommunist rejimi devrildi.

1990-cı ildə Palaxın qalıqları Praqadakı “Olşansk” məzarlığına köçürüldü. Sovet hakimiyyət onun qəbrinin Olşansk məzarlığında qalmasına da imkan vermirdi. Çünki insanlar onu yad etməyə gəlirdilər. Yalnız ölkə müstəqilliyinə qovuşandan sonra Palaxın da qəbri həmin məzarlığa qaytarıldı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG