Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:45

Meşə yanğınları davam edir


Yakutiya
Yakutiya

Müdafiə Nazirliyinin avqustun 4-də bildirməsinə görə, Yakutiya kimi tanınan Saxa Sibir Respublikasına əlavə texniki avadanlıq göndəriləcək

Cənub-şərqi Avropa, Rusiya və Türkiyədə qeyri-adi istilər və güclü küləklər meşə yanğınlarını daha da alovlandırır. Yanğınlar milyonlarla dollar ziyan vurur və minlərlə insanın evini tərk edir.

Yakutiya

Rusiyada resursları tükənməkdə olan fövqəladə xidmətləri ordudan əlavə yardım alıb. Müdafiə Nazirliyinin avqustun 4-də bildirməsinə görə, Yakutiya kimi tanınan Saxa Sibir Respublikasına əlavə texniki avadanlıq göndəriləcək.

Hakim orqanlar regionda 173 yanğının hələ davam etdiyini, vəziyyətin çətin olduğunu deyirlər.

2 min 500-dən çox fövqəladə xidmət əməkdaşı yanğının kəndlərə keçməsini önləməyə çalışır.

Yakutiyada yanğının 8 min kvadrat kilometrdən çox ərazini əhatələdiyi bildirilir.

Hər il Rusiyada nəhəng ərazilər yanğın qurbanına çevrilir. Ətraf mühit fəalları isə buna görə iqlim dəyişikliyini günahlandırırlar.

Cənubi Avropada isti dalğası isə Yunanıstan və Türkiyədə yanğınlara səbəb olub.


Türkiyənin yanğın söndürən təyyarələri niyə yoxdur?
Gözlə

No media source currently available

0:00 0:02:28 0:00

Yunanıstan, Türkiyə

Yunanıstanda yüzlərlə yanğınsöndürən Afina yaxınlığında yanğını söndürməyə çalışır. Yanğın elektrik təchizatında fasilələrə səbəb olub, paytaxt üzərini tüstü bürüyüb. Tənəffüs problemləri olan sakinlərə evdən çıxmamaqla bağlı xəbərdarlıq olunub.

Ölkədə 24 saat ərzində 81 yanğın qeydə alınıb.

Kosovoda avqustun 3-də bir nəfərin yanğından öldüyü xəbər verilib. Ötən həftə ölkədə onlarla yanğın söndürülüb.

Türkiyədə isə artıq yeddinci günə keçmiş yanğınlarda 8 nəfər ölüb, kəndlilər, turistlər evakuasiya olunurlar.

Muğladakı yanğının iki istilik elektrik stansiyasına keçə biləcəyi sarıdan narahatlıq var. Müdafiə Nazirliyi dəniz təxliyələri üçün əraziyə iki gəmi göndərdiyini bildirib.

Recep Tayyip Ərdoğan hökuməti yanğınlarla görə tənqidlə üzləşib.

Yunanıstan və Türkiyədə istilərin həftənin sonunadək davam edəcəyi gözlənir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG