Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Avqust, Cümə axşamı, Bakı vaxtı 15:36

Yağmurlu hava gözlənir


Bakı, 22 fevral 2018

İyulun 1-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında mülayimləşəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 19-22, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 24-26 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə yağıntının leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə 18-23, gündüz 25-30, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG