Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

40 dərəcə isti gözlənir


arxiv foto
arxiv foto

İyunun 28-də səhər Bakı və Abşeron yarımadasında bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyinin əsəcəyi, gecə və səhər arabir onun güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın əksər rayonlarında da iyunun 28-də bir elə yağıntı gözlənmir. Lakin axşam bəzi dağlıq rayonlarında yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti təxmin edilir.

XS
SM
MD
LG