Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 15:34

10-yaşlı Nərminin qətli üzrə istintaqdan yeni xəbər


Tovuzda yanmış cəsədi tapılan qızla bağlı səs yazısı yayılıb...
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Tovuzda yanmış cəsədi tapılan qızla bağlı səs yazısı yayılıb...

Tovuzun Dondar Quşçu kəndində 10-yaşlı Nərmini oğurlayıb öldürməkdə suçlanan İlkin Süleymanov haqqında ilkin istintaq dövrü üçün həbs müddəti daha dörd ay uzadılıb. Bu barədə AzadlıqRadiosuna İ.Süleymanovun vəkili Əlibaba Rzayev məlumat verib.

Vəkil bildirib ki, İ.Süleymanov haqqında birinci dəfə 2 aylıq həbs-qətimkan tədbiri seçilmişdi və bu müddət yaxın günlərdə başa çatacaq. Onun qeyd etməsinə görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi həbs-qətimkan tədbirinin müddətinin daha 4 ay uzadılması üçün məhkəməyə təqdimat verib.

Vəkil bildirib ki, birinci dəfə həbs qərarını Tovuz rayon Məhkəməsi versə də, müddətin uzadılması məsələsinə Bakıda – Nəsimi rayon Məhkəməsində baxılıb. O, əlavə edib ki, araşdırmaları aparan Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi bu rayonun ərazisində yerləşir.


«Məhkəmədə biz müdafiə tərəfi olaraq, prokurorluğun təqdimatına etiraz etdik. Hesab edirik ki, İlkin Süleymanovun həbsdə saxlanması üçün əsas yoxdur. Amma hakim Azər Tağıyev prokurorluğun təqdimatını təmin etdi. İlkin Süleymanovun həbsdə saxlanma müddəti daha 4 ay artırıldı. Əvvəlki qərarla ona təyin edilmiş həbs-qətimkan tədbirinin müddəti martın 28-də bitirdi», - vəkil belə deyir.

İ.Süleymanov haqqında birinci həbs qərarından verilən şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılarkən o, günahsız olduğunu bildirmişdi. Cinayət işinin materiallarındakı etirafına gəlincə, əlavə etmişdi ki, iki gün davam edən işgəncələrdən sonra həmin ifadələri imzalamağa məcbur olub. O, üzərində xəsarət izlərinin də qaldığını bildirərək bədən nahiyələrini də hakimə göstərməyə çalışmışdı. Amma məhkəmə onun şikayətini təmin etməyərək Tovuz rayon Məhkəməsinin həbs qərarını qüvvədə saxlamışdı.

İ.Süleymanovun məhkəmədə dedikləri mediada ictimailəşəndən sonra prokurorluq açıqlama yayaraq onun söylədiklərinin həqiqətəuyğun olmadığını bəyan etmişdi.

İ.Süleymanovun vəkilləri hələ fevral ayında AzadlıqRadiosuna bildirmişdilər ki, onun işgəncə şikayətlərinin araşdırılması üçün tibbi ekspertizadan keçirilməsini istəyiblər. Deyilənə görə, istintaqa bu barədə yazılı vəsatət də veriblər. Bu vəsatətin nəticəsinə gəlincə, Ə.Rzayev deyir ki, bu barədə onlara heç bir məlumat verilməyib: «Hələ bir nəticə yoxdur».

Xatırlatma

10-yaşlı Nərmin Quliyeva ötən il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində itkin düşüb. Yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb.

Yanvarın 10-da isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq N.Quliyevanın qətlində şübhəli bilinən 47-yaşlı İlkin Süleymanovun saxlandığını, onun ilkin ifadəsində cinayəti etiraf etdiyini açıqlayıb.

İ.Süleymanova qarşı Cinayət Məcəlləsinin (CM) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb. CM-in 145.2.3 maddəsində 3 ildən 5 ilədək, 120.2.9 maddəsində isə 14 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG