Keçid linkləri

Təcili xəbərlər
2020, 14 Avqust, Cümə, Bakı vaxtı 06:25

Yüzlərlə Azərbaycan vətəndaşı Türkiyədən qayıda bilmir


Türkiyədəki azərbaycanlılar necə qayıtsın
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Türkiyədəki azərbaycanlılar necə qayıtsın

Türkiyə-Azərbaycan sərhədində toplaşan yüzlərlə Azərbaycan vətəndaşı aylardır ölkəyə qayıda bilmir.

Bu haqda "Turan"a adının çəkilməsini istəməyən o vətəndaşlardan bir neçəsi məlumat verib. Onlar bildiriblər ki, artıq dördüncü aydır Türkiyənin Qars və İqdır şəhərlərində Azərbaycana keçmək üçün icazə verilməsini gözləyirlər: "Burada yüzlərlə adam gözləyir. Onların arasında hamilə qadınlar, uşaqlar, yaşlı və xəstələr var. Bütün bu insanlar Türkiyənin müxtəlif şəhərlərindən gəlib sərhəddə toplaşıblar. Naxçıvana keçmək istəyirik, amma bizi buraxmırlar".

Həmin şəxslər Türkiyəyə işləmək üçün getdiklərini deyirlər: "Azərbaycanda iş tapa bilmirdik, Türkiyəyə işləməyə getmişik. Mart ayında isə koronavirusa görə karantin elan edildi, çoxumuz işimizi itirdik, kirayə pulunu verə bilmirdik deyə, qərara gəldik ki, Azərbaycana qayıdaq. Bizi isə ölkəyə buraxmırlar. Yığdığımız pul da bitmək üzrədir".

Sərhəddə qalan vətəndaşlar onlara yardım göstərilmədiyini, kiminin yataqxanada, kiminin parkda yatdığını söyləyirlər: "Hələ İstanbulda olanda, martın 25-də Azərbaycan səfirliyinə müraciət etmişik. Orada bizi guya qeydiyyata aldılar. Dəfələrlə telefonla əlaqə saxladıq, amma xeyri olmadı. Qars şəhərindəki Azərbaycan konsulluğuna getdik, qəbul etmədilər. İqdır şəhərində isə qəbul etsələr də, bizə öz pulumuzla AZAL-dan bilet almağa məsləhət gördülər. Bu ucuz qiymətə uçuşlar isə avqustun 7-dən başlayır. Bizimlə heç kəs maraqlanmır, buraxıblar Allahın ümidinə".

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmasa da, qurumun mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva iyulun əvvəlində "Turan"a bildirmişdi ki, Türkiyə timsalında xüsusi reyslər açılıb və Türkiyədən Azərbaycana qayıtmaq istəyən vətəndaşlar bu reyslərdən istifadə edə bilərlər.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə jurnalistlərə söyləmişdi ki, Rusiya və Türkiyədə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi təmin olunacaq.

"Vətəndaşların Türkiyə və Rusiyadan Azərbaycana gətirilməsi texniki imkanlarla bağlıdır. Karantin zonalarında yerlər boşaldıqca, xaricdən vətəndaşlar gətirilərək karantinə yerləşdiriləcək", - hökumətin sözçüsü deyib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Azərbaycanda 21 min 374 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 12 min 635 nəfərin sağaldığı, 265 nəfərin vəfat etdiyi, 8 min 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsinin davam etdiyi bildirilir.

Martın 24-dən ölkədə xüsusi karantin rejimi elan edilib. Karantin dövrü bir neçə dəfə uzadılıb.

XS
SM
MD
LG