Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:51

Yüzlərlə keçmiş prokuror: Trump prezident olmasaydı, ittiham edilərdi


Prezident Donald Trump
Prezident Donald Trump

ABŞ-da yüzlərlə prokuror və Ədliyyə Nazirliyinin “siyasi təyinatlıları” tərəfindən imzalanmış məktubda deyilir ki, əgər Donald Trump prezident olmasaydı, ona qarşı ədalətə maneçilik edilməsi ittihamı irəli sürülərdi.

Mayın 6-da dərc olunmuş bu fövqəladə məktubun açıqlanması xüsusi prokuror Robert Mueller-in Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsini araşdıran təhqiqatın nəticələri üstündə qızğın mübahisələrin davam etdiyi bir vaxta təsadüf edib.

Mueller-in keçən ay açıqlanmış hesabatında Trump-ın və ya onun adamlarının 2016-cı il seçkisinin nəticələrinə təsir göstərmək məqsədilə Rusiya rəsmilərilə sövdələşməyə girdiklərinə dair sübutların aşkar olunmadığı deyilirdi. Hesabat habelə Trump-ın ədalətə cinayətkarcasına mane olduğunu da qəti şəkildə müəyyənləşdirə bilməmişdi.

Lakin hesabatın redaktə olunmuş variantı göstərir ki, Trump Rusiya təhqiqatı üzərində nəzarətə sahibləmək cəhdi göstərib və Mueller-in təhqiqatının dayandırlıması məqsədilə onu vəzifəsindən uzaqlaşdırmağa çalışıb. Bu isə potensial olaraq ədalətin qarşısını almaq cəhdi kimi qiymətləndirilə bilər.

Mayın 6-dək artıq 430 keçmiş prokurorun imzaladığı məktubda deyilir ki, Trump prezident olmasaydı, ona qarşı çoxsaylı ittihamlar irəli sürülərdi.

Məktubu Ədliyyə Nazirliyinin siyasi təyinatlı nümayəndələri də imzalayıblar. Bu adamlar adətən vəzifəyə prezident, vise-prezident və ya başqa administrasiya fiquru tərəfindən təyin edilirlər.

İstər demokrat, istərsə də respubklikaçılar tərəfindən imzalanmış məktubda deyilir:

“Bizim hər birimiz inanırıq ki, prezident Trump-ın xüsusi prokuror Robert Mueller-in hesabatında təsvir edilən davranışı, Ədliyyə Nazirliyi Hüquq Şurasının vəzifədə olan prezidentə qarşı ittiham irəli sürülməsini qabaqlayan qaydasının himayəsi altında olmayan hər hansı başqa şəxsə qarşı ədalətin qarşısının alınması cəhdinə görə çoxsaylı cinayət ittihamları ilə nəticələnə bilərdi”.

Ədliyyə Nazirliyinin 1970-ci illərin əvvəllərindən qüvvədə olan siyasətinə görə ABŞ prezidentlərinə qarşı onlar vəzifədə olduğu müddətdə cinayət ittihamı irəli sürülməməsini nəzərdə tutur. Lakin bu qaydaya görə prezident postunu tərk edən andan cinayət aktında ittiham oluna bilər.

Trump indiyədək ən azı bir cinayətin törədilməsi ilə əalqələndirilir. Bu onun seçki kampaniyasının maliyyələşdirilməsində yol verildiyi iddia olunan pozuntu ilə bağlıdır. Bu ittiham üzrə Trump-ın keçmiş vəkili Michael Cohen artıq təqsirini etiraf edib.

Prokurorlar bildirirlər ki, iki qadının Trump-la iddia edilən intim əlaqələrinə dair danışmamaları üçün onlara ödənişlər Cohen-in vasitəsilə Trump-ın öz göstərişi ilə edilib. Bu ödənişlərin seçki kampaniyası ilə eyni vaxta düşməsi düşünmıəyə əsas verir ki, qadınlara ödənişlər kampaniyanın maliyyə fondundan edilib. Bu isə ABŞ qanunlarına görə cinayət əməli sayılır.

Cohen bundan başqa Trump-ın Moskvada tikilməsi planlaşdırılan mehmanxanasına dair Konqresə yalan dediyini də etiraf edib.

Cohen mayın 6-da üçillik cəzasının başlanması üçün həbsxanaya məruzə edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG