Keçid linkləri

2024, 04 İyun, çərşənbə axşamı, Bakı vaxtı 03:14

Azərbaycanda xüsusi karantin rejimi uzadılıb


Pandemiya ilə bağlı Bakıda karantin rejimi, 2020
Pandemiya ilə bağlı Bakıda karantin rejimi, 2020

Pandemiya ilə əlaqəli Azərbaycanda xüsusi karantin rejiminin müddəti sentyabradək uzadılıb.

Azərbaycanda xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək uzadılıb.
Baş nazir Əli Əsədov bununla bağlı bu gün, iyulun 22-də qərar imzalayıb.

Xüsusi karantin rejiminin müddəti avqustun 1-də başa çatırdı.

Habelə həftəsonları ictimai nəqliyyatın, o cümlədən metronun işləməməsi ilə bağlı qərar da avqustun 30-na qədər uzadılıb. Azərbaycanda koronavirus pandemiyası ilə bağlı ötən ilin martından karantindir.Bu müddət ərzində rejim yoluxma sayından asılı olaraq zaman-zaman gah sərtləşdirilib, gah da yumşaldılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.
2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə indiyədək ümumilikdə 339 min 62 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4998 nəfərin vəfat etdiyi bildirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG