Keçid linkləri

Təcili xəbərlər
2023, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:06

Xorvatiya prezidenti Bosniya müsəlmanlarını təhqir etmədiyini deyir


Xorvatiya prezidenti Kolinda Grabar-Kitarovic

Xorvatiya prezidenti Kolinda Grabar-Kitarovic İsrail qəzetinin onun bu ölkəyə səfəri zamanı verdiyi bəyanat barədə iddialarını rədd edib.

Qəzet Xorvatiya prezidentinin qonşu Bosniya-Herseqovinanı “İslam silahlılarının nəzarətində” olmaqda ittiham etdiyini yazmışdı.

The Jerusalem Post qəzeti Xorvatiya prezidentinin bəyanatına dair şərhi öz saytından silib və məqalənin müəllifi iyulun 31-də dərc edilmiş yazısının bu hissəsindən imtina edib.

Avropa İttifaqı üzvlüyünə can atan Bosniyada Xorvatiya prezidentinə aid edilən iqtibaslar geniş hiddətə səbəb olmuşdu.

Balkan mediasının Bosniyanın İslam silahlılarının nəzarətində olduğuna dair iddianı deyib-demədiyi barədə sualının cavabında Grabar-Kitarovic “qətiyyən yox” cavabını verib.

O bu iddianı “bir jurnalistin şərhə verdiyi şərh” adlandırıb.

The Jerusalem Post qəzetində dərc edilmiş məqalədə Grabar-Kitarovicə istinadən deyilirdi ki, Xorvatiyanın Bosniya-Herseqovina ilə sərhədi “qeyri-sabitdir” və “müəyyən mənada İran və terrorçu təşkilatlarla əlaqəsi olan adamların nəzarətindədir”.

Xorvatiya prezidentinə aid edilən bəyanatlar Bosniyanın müştərək prezidentliyinin iki üzvü tərəfindən rədd edilib.

Bosniya triumviratının xorvat üzvü Zeljko Komsic deyib ki, Bosniyaya belə münasibət Grabar-Kitarovic üçün xas bir cəhətdir.

O deyib ki, “qeyri-sabit olan Bosniya yox, onun özüdür”.

Prezidentliyin Bosniya-müsəlman nümayəndəsi Sefik Dzaferovic deyib ki, Xorvatiya prezidentinin iddiaları tamamailə əsassızdır.

O Grabar-Kitarovici “yalançılıqda və ksenofobiyanı yaymaqda” ittiham edib.

Grabar-Kitarovic bundan əvvəl də “İslam ekstremistlərinin Bosniyanı regional təhlükəyə çevirdiklərini” iddia edib.

Grabar-Kitarovic Xorvatiyanın keçmiş xarici işlər naziri və ölkəsinin Birləşmiş Ştatlardakı və BMT-dəki səfiri olub.

XS
SM
MD
LG