Keçid linkləri

2025, 14 Fevral, Cümə, Bakı vaxtı 18:08

Xomeyninin nəvəsi kütləvi edamlara haqq qazandırır


►Əmin-amanlıq yarandı?

İran İslam Respublikasının inqilabi rəhbəri Ayatollah Ruhullah Khomeininin nəvəsi Ali Khomeini 1988-ci ildə babasının verdiyi fitvadan sonra minlərlə siyasi məhbusun kütləvi şəkildə edam edilməsini müdafiə edib.

Bəzi mənbələrə görə, bir neçə ay ərzində Mucahedine-Xalq Təşkilarının (MXT) və digər solçu təşkilatların 5000-dən çox üzvü, tələbələr və digərləri edam edilib.

Siyasi məhbusların üç nəfərlik komitələr tərəfindən siyasi və dini baxışları barədə qısaca dindirildikdən sonra edam edildiyi bildirilir.

Bu komitələrə "ölüm komissiyaları" da deyilir. İyunun 1-də Qum şəhərində babası Ayatollah Ruhullah Khomeininin ölümünün ildönümündə çıxış edən din xadimi Ali Khomeini deyib ki, siyasi opponentlərin, xüsusən də MXT üzvlərinin edamı müdrik qərar idi.

“Bu gün bəzilərinin o riyakarlara yazığı gəlir və soruşurlar ki, onları niyə edam etdilər. Onlar hökumətə qarşı çıxmış və "İŞİD"in belə törətməyəcəyi cinayətlər törətmişdilər," - deyə İran mediası Khomeinidən sitat gətirir.

“Onlar prezidenti, baş naziri və bir çox yüksək rütbəli rəsmini qətlə yetiriblər," deyə Qum seminariyasında dərs deyən Khomeini 1980-ci illərdə MXT-nın törətdiyi bomba partlayışlarını yada salır.

____________________________________________________________

Bunlara da bax:
Ucardakı rus qəbiristanlığında nə baş verir?- [Fotolar]
"Məni də hədələdilər ki, görərsən, başına nələr gələcək”

____________________________________________________________

O iddia edir ki, İranın İslam inqilabından sonra ilk ali dini lideri olmuş Khomeininin böhranı "idarə etməsi" ölkəyə sülh gətirib.

Ali Khomeini deyir ki, əgər onun babası həmin siyasi məhbuslara qarşı daha mülayim davransaydı "ölkə heç 30 ildən sonra da əmin-amanlıq üzü görməyəcəkdi."

1988-ci ildə icra edilmiş edamları İranda nadir hallarda müzakirə edirlər. Qurbanların ailələri onları yad etməyə çalışdıqlarına görə dövlət tərəfindən təzyiqə və təhqirə məruz qalıblar. Amnesty International İranı 1988-ci il edamlarında "qətlə yetirilmişlərin ailələrinin həqiqət, ədalət və təzminat hüququnu tanımağa" çağırıb.

XS
SM
MD
LG