Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 20:47

Rusiyanın xokkey komandası Olimpiadada ‘neytrallar’ kimi oynamağa razıdır


Rusiya Milli Xokkey Liqası bildirib ki, milli yığmanın Olimpiadada “neytrallar” kimi iştirak etməsinə razıdır.

Bundan əvvəl Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya komandalarının ölkənin dövlət bayrağı altında çıxışını qadağan edib.

Dekabrın 11-də Rusiya Olimpiya Komitəsi (ROK) ölkə idmançılarına Pxençan Qış Olimpiadasında neytrallar kimi çıxış icazəsi vermişdi.

Kremlin sözçüsü Dmitri Peskov dekabrın 12-də deyib ki, prezident Vladimir Putin Rusiya komitəsinin Pxençan Olimpiadasında iştirak etmək qərarını dəstəkləyib.

BOK ötən həftə qəbul etdiyi qərarı ilə Rusiyanın 2018-ci ilin Qış Olimpiadasında iştirakını qadağan edib, lakin dopinqdən istifadə tarixçəsinə malik olmayan Rusiya idmançılarının Olimpiadaya qatılmasına icazə verilib.

Rusiya Xokkey Liqasının prezidenti Dmitri Çernışenko ötən ay BOK-u “idmanda indiyədək mövcud olan nizamı dağıtmaqda” ittiham etmişdi.

O işarə etmişdi ki, xokkeyçilər BOK-un qadağanına görə Olimpiya oyunlarına qatılmaya bilərlər.

BOK-un dopinq məsələsində Rusiya xokkeyçilərinə heç bir iradı yoxdur.

Lakin Olimpiya oyunlarında Milli Xokkey Liqasının (NHL) peşəkar oyunçuları iştirak etməyəcəklər. NHL bildirib ki, Qış Olimpiadasına görə özünün 2017-2018-ci il təqvimində fasilə vermək fikrində deyil.

Bununla belə, Rusiya Xokkey Liqası bildirib ki, ölkənin qadın xokkeyçilərdən ibarət komandasının Pxençan Olimpiadasında iştirakı naməlum olaraq qalır.

Bu komandanın altı üzvünə, dopinqdən istifadəyə görə ömürlük qadağan qoyulub.

XS
SM
MD
LG