Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:45

Xodorkovski barəsində federal axtarış elan olundu


Mikhail Khodorkovsky
Mikhail Khodorkovsky

►Putin onu bir neçə il əvvəl əfv etmişdi

Rusiyanın hüquq-mühafizə orqanları “YUKOS” neft şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovski barəsində federal axtarış elan ediblər. Ona qarşı 1998-ci ildə öldürülmüş Nefteyuqansk merinin qətli ilə bağlı qiyabi ittiham irəli sürülüb.

İstintaq komitəsindəki məlumatlı mənbə bildirib ki, növbəti addım Xodorkovskinin beynəlxalq axtarışa verilməsi və onun qiyabi həbsi ilə bağlı müraciət ola bilər.

Xodorkovskinin özü Twitterdə Rusiyanın İstintaq komitəsinə çağrıldığını yazıb və müstəntiqlərin onun atası Boris Xodorkovskiyə verdikləri göndərişin surətini yerləşdirib.

Xodorkovskinin mətbuat katibi bildirib ki, onun özü istintaqın fəaliyyətində heç qiyabi də olsa iştirak etmək və Rusiya Federasiyasının İstintaq Komitəsi ilə əməkdaşlıq etmək fikrində deyil. O həmçinin deyib ki, Xodorkovskinin ünvanı müstəntiqlərə məlumdur və onu həm də “Açıq Rusiya” təşkilatının İnternet səhifəsindən tapmaq olar.

Rusiya Federasiyasının İstintaq Komitəsi 1998-ci ildə öldürülmüş Nefteyuqansk meri Vladimir Petuxovun qətli ilə bağlı iş üzrə istintaqı 2015-ci ilin yayında, Xodorkovskinin özünün maliyyələşdirdiyi “Açıq Rusiya” təşkilatının xəttilə ictimai həyata qayıdışından sonra bərpa edib. Bundan əvvəl “YUKOS”un təhlükəsizlik xidmətinin rəhbəri Aleksey Piçuqin qətllə bağlı günahkar qismində tanınmış, ona ömürlük həbs cəzası kəsilmişdi.

Buna da bax: "Neftin ucuzlaşması manata problem yaradacaq"

Müstəntiqlərin versiyası ondan ibarətdir ki, Petuxovun büdcəyə vergilərin ödənilməməsi ilə bağlı “YUKOS”la münaqişəsi olub.

Fəridə İslamova
Fəridə İslamova

Mərhum Petuxovun həyat yoldaşı Fəridə İslamova hesab edir ki, istintaq 1998-ci ildə Xodrokovskiyə onun ərinin qətli ilə bağlı ittiham irəli sürməli idi.

Xodorkovskinin özü dəfələrlə bu cinayətə aidiyyatı olduğunu inkar edib.

Müxalifətçi Aleksey Navalnıy hesab edir ki, Xodorkovskiyə ittiham irəli sürülməsi əslində Kremlin gündəmi dəyişərək diqqəti korrupsiya işlərindən yayındırmaqdır.

2003-cü ildə Rusiyanın hakim dairələri “YUKOS”u vergidən yayınmada ittiham ediblər. Neft şirkətinin başçısı və əsas səhmdarı Mixail Xodorkovski və onun silahdaşı Platon Lebedev on il həbs cəzası almışdı. Şirkətin digər iki top-meneceri ölkəni tərk edib. Onların həbs edilərək təhvil verilməsi barədə beynəlxalq orderlər verilib.

“YUKOS”un aktivləri dövlət neft şirkəti olan “Rosneft”ə keçib.

2013-cü ilin noyabr ayında Xodorkovski özünün günahını tanımadan prezident Putinə məktub göndərərək ailə vəziyyəti – anasının ağır xəstə olması ilə bağlı əfv edilməsini xahiş edib. Elə həmin ilin dekabrında Putin əfv fərmanını imzalayıb. Tezliklə Xodorkovski azadlığa çıxaraq Rusiya ərazisini tərk edib.

Prezidentin sözçüsü Dmitriy Peskov deyib ki, Xodorkovskinin əfv edilməsi barədə qərar qəbul edərkən prezidentin “əlində Petuxovun qətli ilə bağlı hazırda ...olan məlumat yox idi. O vaxt yalnız şübhələr var idi.”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG