Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:10

Xocalı faciəsi ilə bağlı Bakıda yürüş keçirilir


Xocalı faciəsi ilə bağlı Bakıda yürüş, 26 fevral 2017
Xocalı faciəsi ilə bağlı Bakıda yürüş, 26 fevral 2017

Xocalı faciəsinin 25-ci ildönümü münasibətilə Bakıda yürüş keçirilir.

Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan yürüş iştirakçıları əllərində “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!”, “Xocalı soyqırımı – 25 il” və s. çağırışlar və şüarlar tutublar.

Rəsmi xəbər agentliyi olan AzətTAC prezident, vitse-prezident, nazir və və kömitə rəhbərlərinin də qatıldığı yürüşdə 40 mindən çox adamın iştirak etdiyini yazır.

Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinin üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar.

Hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzdülər.

Xocalı faciəsi ilə bağlı Azadlıq meydanından başlayan yürüş, Baku, 26 fevral 2017
Xocalı faciəsi ilə bağlı Azadlıq meydanından başlayan yürüş, Baku, 26 fevral 2017

Xocalı faciəsi ilə bağlı yürüşdə iştirak edən dövlət və din xadimləri abidə önünə çiçəklər qoyurlar, 26 fevral 2017
Xocalı faciəsi ilə bağlı yürüşdə iştirak edən dövlət və din xadimləri abidə önünə çiçəklər qoyurlar, 26 fevral 2017

Milli Şura üzvləri Xocalı abidəsini ziyarət ediblər
Milli Şura üzvləri Xocalı abidəsini ziyarət ediblər

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG