Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:52

'Bir Xocalı abidəsini iqtidarla müxalifət birgə ziyarət edə bilmirsə…'-media icmalı 


Xocalı faciəsinə paytaxt Bakıda qoyulan abidə, 26 fevral 2019
Xocalı faciəsinə paytaxt Bakıda qoyulan abidə, 26 fevral 2019

Prezidentin bir qrup mədəniyyət xadimi ilə görüşü, siyasi islahatlar gözəntisi, son vaxtlar müşhidə edilən bahalığın səbəbləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Deputatın siyasi islahatlar gözləntisi

“Yeni Müsavat” qəzeti-ndə “Sosial islahatların ardınca siyasi islahatlar gəlir?" sualı gündəmə daşınır.

Yazıda bildirilir ki, 2019-cu ilin ilk iki ayı sosial-iqtisadi islahatlarla yadda qaldı. Müəllifin fikrincə, dövlət başçısının sosial müdafiə xarakterli çoxsaylı fərman və sərəncamları ciddi addımlar kimi dəyərləndirilir.“ Sosial sferada müşahidə edilən bu kurs siyasi sferada da davam edə bilərmi? Proseslər yeni münasibətlər sisteminə keçid, siyasi açılım gözləntisini yaradırmı?”, deyə müəllif sual edir.

Fazil Mustafa
Fazil Mustafa

Deputat Fazil Mustafa bildirib ki, sosial açılımın ardınca ilk növbədə məhkəmə sistemində ciddi islahatlara ehtiyac var:

“Məhkəmə instansiyasında həll olunmayan problemlər sonradan insan həyatını ya alt-üst edir, ya dəyişir, ya onu daha böyük problemlər içində buraxır. Ona görə də siyasi islahatlar öncə məhkəmə sistemindən başlanmalıdır”.

Bəs deputat siyasi islahatları necə görür?:

“Biraz dialoq mühiti yaradılmalıdır, telekanalların müxalif görüşlərə açılımına imkan yaradılmalıdır. Bunu tədricən eləmək lazımdır. Çünki bu, artıq müəyyən problemlərin ölkə içində həll olunması baxımından vacibdir. Müxalif fikirlərin nəzərə alınması, parlamentdə müxalifət fraksiyasının formalaşması və başqa məsələlər həllini tapa bilər”.

Deputat görə, bunun ardınca isə Azərbaycan siyasət mühitinin mədəni münasibətlər sferasına çevrilməsinə nail olmaq lazımdır:

“Çünki diqqət edirsinizsə, bir Xocalı abidəsini ziyarətdə əgər iqtidarla müxalifət bir yerdə, bir protokolda ziyarət edə bilmirsə, yaxud 28 mayda bayram günü abidəni birlikdə ziyarət eləyə bilmirsə, bu yaxşı görüntü deyil. Ona görə də siyasi münasibətlərdə də normal sfera yaratmağa da ehtiyac var. Gözləntilər budur”.

İqtisadçı bahalaşmanın səbəbindən danışır

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

“Bizimyol.info” saytı-nda “Sahibkarlara ikili standartla yanaşma hələ də var” sərlövhəli yazı oxumaq olar.

Yazıda Azərbaycanda vergi, gömrük sistemindəki dəyişikliklər və sahibkarların vəziyyəti ilə bağlı keçmiş deputat, iş adamı və iqtisadçı Nazim Bəydəmirli ilə söhbət təqdim edilir.

N.Bəydəmirli deyib ki, qonşu Gürcüstanda vergidən gələn gəlirlər büdcə gəlirlərinin 94-95 faizini təşkil edirsə, Azərbaycanda bu rəqəm 35-37 faiz arasındadır:

“Üstəgəl, gömrükdən toplanan vəsaitlər təxminən 15 faizdirsə, deməli, xərclərimizin təxminən 50 faizi fiskal siyasətin hesabınadır. Bu da o deməkdir ki, biz illər boyu Neft Fondundan vəsait götürərək, cari xərcklərimiz qarşılayırıq”

İqitsadçı vurğulayıb ki, bir neçə il əvvəl prezident İlham Əliyev fiskal siyasəti həyata keçirən orqanlar qarşısında cari xərclərin tamamilə iqtisadi fəaliyyətdən gələn gəlirlər hesabına həyata keçirilməsi öhdəliyi qoymuşdu.

N.Bəydəmirlinin deməsinə görə, vergi, gömrük siyasətində bəzən dövlətlə sahibkar və vətəndaşın maraqları üst-üstə düşməyə bilər:

“Bu mənada, dediyimiz 3 subyektin maraqlarını uzlaşdırmaq lazımdır. Son vergi və gömrük dəyişiklikləri buna cəhd idi. Bunun müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də mövcuddur”.

Son vaxtlar alış-veriş müəssisələrində bahalaşma müşahidə olunması ilə bağlı N.Bəydəmirli deyib ki, vergi sahəsində bir ildən artıq müddətdə şəffalaşdırma siyasəti aparılır və məqsəd də sahibkarları “kölgə iqtisadiyyatı”ndan ayırmaqdır.

İqtisadçı vurğulayıb ki, sahibkar ödədiyi vergi xərclərini satdlğı məhsulun maya dəyərinə otuzdurur:

“Bu səbəbdən, şəffaflandırma varsa, “kölgə iqtisadiyyatı”nın yüksək olduğu ölkələrdə qiymət artımı da nəzərə çarpır”

İqtisadçının fikrimcə, Azərbaycanın ümumi iqtisadiyyatında 80 faizə qədər “kölgə iqtisadiyyatı” var. O, hesab edir ki, qeyri-neft sektorunda isə bu həcm daha artıqdır.

“Milli-mədəni inkişafın prioritetləri”

“Azərbaycan” qəzeti-ndə isə “Dövlət başçısı milli-mədəni inkişafın prioritetlərini müəyyənləşdirdi”sərlövhəli yazı dərc edilib. Yazıda martın 1-də dövlət başçısı İlham Əliyevin bir qrup mədəniyyət və incəsənət xadimi ilə görüşü dəyərləndirilir.

İlham Əliyev mədəniyyət nümayəndələri ilə görüşün 1 mart 2019
İlham Əliyev mədəniyyət nümayəndələri ilə görüşün 1 mart 2019

Müəllif yazıb ki, son 15 ildə ( indiki prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövr-A.R) ölkə yürüdülən rəsmi iqtisadi siyasətin nəticəsi olaraq ciddi uğurlar qazanıb. Yazıda vurğulanır ki, əldə edilən uğurlar sosial müdafiə sahəsində ciddi addımlar atmağ əsas verib.

Müəllif bu ilin əvvəlindən sosial sahədə atılan bir sıra addımıları məhz belə dəyərləndirir.

Müəllif həmin görüşdə dövlət başçısının çıxışından sitat gətirməklə başlığa çıxartdığı məsələlərə bir növ keçid edir:

“O ki qaldı mədəniyyət sahəsinə, mən elə bu gün istərdim ki, sizinlə bu məsələlərlə bağlı fikir mübadiləsi aparım və bundan sonra görüləcək işlər haqqında danışaq. Çünki əvvəlki illərdə bir çox işlər görülüb. Mən Prezident kimi çalışırdım ki, həmişə bu sahəyə öz diqqətimi göstərim”.

Yazıda qeyd edildiyinə görə, dövlət başçısı həmin görüşdə teatr, muzey, məscid binalarının təmirindən, yenilərinin inşa edilməsindən, Azərbaycan klassiklərinin əsərlərini latın qrafikası ilə çap olunmasından danışıb.

Dövlət başçısı bundan sonra görüləcək işlərlə bağlı isə bunları deyib:

“Bunu siz deməlisiniz. Çünki mən istəyirəm ki, bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görülsün. Biz bu məsələlərlə bağlı siyasətimizi ardıcıl olaraq aparmalıyıq. Əlbəttə ki, sadəcə olaraq, mədəniyyət obyektlərinin tikintisi, təmiri bizim məqsədimizi tam ifadə edə bilməz...”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG