Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 17:55

'Həkim təcrübəlidir, bizə dedi ki, adam yıxılmaqla belə xəsarət almaz'


Baş Prokurorluq.

Xızı rayonunun prokuroru olmuş Qaraxan Ağayevin ölümü ilə bağlı CM-in 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qaraxan Ağayev keçmiş müdafiə naziri Rəhim Qazıyevin, eləcə də sabiq baş nazir Surət Hüseynovun məhkəmələrində dövlət ittihamını müdafiə etmiş şəxs olub.

Baş Prokurorluğun məlumatında deyilir ki...

Baş Prokurorluğun məlumatında deyilir ki, o, dekabrın 9-da Sabunçu rayonundakı "Küləfirəngi" restoranının qarşısında təxminən 3 metr hündürlüyündə pilləkəndən yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilsə də, dekabrın 21-də orada vəfat edib.

Buna da bax:​ Səhiyyə Nazirliyi qarşısında 'üsyan edən' qadından xəbər var

Bu cinayət işini Bakı şəhər prokurorluğunun istintaq idarəsi araşdırır. Rəsmi açıqlamada Baş Prokurorluq rəhbərliyinin bu işin istintaqını nəzarətə götürdüyü bildirilir.

Sabiq prokurorun yaxınları Qaraxan Ağayevin ehtiyatsızlıqdan yıxılıb ölməsi barədə deyilənlərlə razılaşmırlar. Mərhumun oğlu İldırım Ağayevin fikrincə, atası qətlə yetirilib. Onun sözlərinə görə, ekspertiza da 58 yaşlı Qaraxan Ağayevin küt alətlə yetirilən xəsarət nəticəsində dünyasını dəyişməsi haqda rəy verib.

Buna da bax: 'Tankın qabağında duruş gətirənlər, rüşvətin qabağında dayana bilmədilər'

“Atama baş nahiyəsindən küt alətlə xəsarət yetirilib”

"Ekspertiza rəyində göstərilib ki, atama baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. Atam Sabunçudakı 3 saylı şəhər xəstəxanasında 12 gün komada oldu. Bu müddətdə onu üç dəfə əməliyyat elədilər. Həkim təcrübəlidir, bizə dedi ki, adam yıxılmaqla belə xəsarət almaz. Gərək, ən aşağısı, üçüncü mərtəbədən yıxılsın ki, baş nahiyəsindən bu dərəcədə xəsarət alsın. Üçüncü mərtəbədən yıxılan adam da təkcə başından xəsarət almaz, qolu-qıçı əzilər. Mənim atamı beşbarmaq və ya buna bənzər başqa küt alətlə başından vurub öldürüblər", - İldırım Ağayev AzadlıqRadiosu-na belə deyib.

Buna da bax: Gəncə qiyamını doğuran səbəblər nə idi?

O, atasının evdən Xızı Rayon Polis Şöbəsinin keçmiş rəisi, eyni dövrdə işlədikləri Nizami Tağıyevlə görüşmək adı ilə çıxdığını, keçmiş prokuroru xəstəxanaya da həmin şəxsin çatdırdığını sözlərinə əlavə edib.

İldırım Ağayev deyir ki, hadisə zamanı atasının cibindəki 1100 manat və mobil telefon da götürülüb.

XS
SM
MD
LG