Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 03:58

İşıqsız qalan bina sakinləri yenə aksiya keçiriblər (VİDEO)


Xırdalan sakinləri evlərinin sökülməsinə etiraz edir, 28 fevral 2013

Dekabrın 25-də Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 2 ünvanda yaşayan 12 mərtəbəli binanın sakinləri yenə etiraz aksiyası keçirib.

Sakinlər AzadlıqRadiosuna bildiriblər ki, iki gündür binaya elektik verilmir: "Bu binada qaz yoxdur. Ona görə elektrik kəsiləndə su da olmur, lift də işləmir. Ən çox uşaqlar, qocalar əziyyət çəkir".

Bina indiyə qədər qazlaşdırılmayıb. Rayon elektirk idarəsi binanın 17 min manat borcu olduğunu və elektriki buna görə kəsdiyini bildirir.

Sakinlər isə deyir ki, onlardan işıq pulunu "Rahat" MTK rəhbərliyi yığır: "İndi MTK rəhbərləri ortada yoxdur. Biz deyirik ki, pulu MTK rəhbərliyinə yığıb veririk, MTK da öz növbəsində idarəyə sakinlərin pul vermədiklərini deyir. İndi biz elektrik sayğaclarının rayon işıq idarəsinin sərəncamına keçirilməsini istəyirik”.

Binada 200-dən çox adam yaşayır. Əhali 7 ildən çox burda məskunlaşsa da binaya hələ qaz çəkilməyib.

“Rahat” MTK-dan mövqe öryənmək mümkün olmayıb.

Dekabrın 24-dəki aksiyadan video

Bakıda etiraz- Bizə işıq verin
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

XS
SM
MD
LG