Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 13:18

XİN: ‘Ermənistan üçüncü ölkələri münaqişəyə cəlb etmək istəyir’


Azərbaycan Xarici İşlər Nazirliyi, arxiv foto

XİN hesab edir ki, “bu təxribatçı əməl təcavüzkar Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməlidir”.

"Ermənistan bu əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır”, Azərbaycan Xarici İşlər Nazirliyinin iyulun 12-də verdiyi bəyanatda belə deyilir.

Qurum baş verənləri Ermənistan Silahlı Qüqvvələrini hücuma keçmək cəhdi kimi qiymətləndirib. XİN hesab edir ki, “bu təxribatçı əməl təcavüzkar Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməlidir”.

"İşğalçı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmaq əvəzinə,..."

"Təcavüzkar siyasətini ölkənin təhlükəsizlik strategiyasında əks etdirən Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədinə xidmət etdiyini açıq şəkildə nümayiş etdirir”, - bəyanatda deyilir.

XİN baş verənlərə görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirir.

Xatırlatma

İyulun 12-də Azərbaycan Ermənistan sərhədində atəşkəs pozulub. Azərbaycan tərəf 2 əsgərinin ölməsi, 5-nin yaralanması haqda məlumat yayıb. Müdafiə Nazirliyi eyni zamanda qarşı tərəfin itki verdiyini bəyan etsə də, Ermənistan Müdafiə Nazirliyi itki olmadığını, atəşkəsi Azərbaycan Silahlı Qüvvələrinin pozduğunu bildirir.

Multimedia

XS
SM
MD
LG