Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 09:42

DSX-nın iki əməkdaşına 3 il həbs


Aeroportda sərnişinlər
Aeroportda sərnişinlər

Bu ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda hava limanında ölkəyə gələn əcnəbilərdən rüşvət alınmasıyla əlaqədar əməliyyat keçirmişdi. Bu barədə DTX-nın özünün yaydığı məlumatda iddia olunurdu ki, hava limanında Xarici İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları əcnəbilərdən əlavə pul alarkən yaxalanıb. Məlumatla yanaşı, fotoşəkillər də yayılmışdı. Fotolarda pasportların arasına pul qoyulub, təqdim olunduğu görünürdü.

Yanvarın 26-da keçirilmiş bu əməliyyat zamanı saxlanılanlardan ikisinin - Dövlət Sərhəd Xidmətinin Hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin Beynəlxalq Hava Limanında nəzarətçisi, baş leytenant Lətif Zeynalov və nəzarətçi gizir Zaur Qasımlının məhkəməsi başa çatıb. Sərhəd Xidmətinin əməkdaşları hərbçi statusunda olduğuna görə onların işi digər iki nəfərdən ayrılıb və Bakı Hərbi Məhkəməsində baxılıb. Dekabrın 14-də isə Rauf Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası onların haqqında çıxarılan hökmü elan edib. Hökmə əsasən, L.Zeynalov və Z.Qasımlı 341.2.1-ci (bir qrup şəxs tərəfindən hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddəsi ilə təqsirli bilinib və hər biri 1 il 6 ay azadlıqdan məhrum edilib.

Qanunda viza üçün ödəniş müəyyənləşdirilsə də, dövlət sərhəd nəzarəti prosedurlarında heç bir rüsum ödənilməməlidir. Hökmdə yazılıb ki, onlar ölkəyə gələn əcnəbilərdən nəzərdə tutulmayan ödənişləri tələb edib alıblar.

Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq idarəsinin hava limanındakı viza şöbəsinin 3-cü katibi Elton Xəlilli və nazirliyin digər əməkdaşı Anar Quliyevin haqqındakı cinayət işi isə ayrıca icraata götürülüb. Onların işinə Xəzər Rayon Məhkəməsində baxılır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG