Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

Xəzərin statusunun Aktauda müzakirəsi gözlənir


Qazaxıstan, Aktau
Qazaxıstan, Aktau

Bu gün, avqustun 11-də Xəzəryanı ölkələrin xarici işlər nazirləri növbəti dəfə dənizin statusunun müzakirəsi məqsədi ilə bir araya gəlməlidirlər.

“Turan”agentliyinin məlumatına görə, sammitə Qazaxıstan ev sahibliyi edəcək. Qazaxıstanın Xarici İşlər Nazirliyi sammitin detallı gündəliyini açıqlayıb.

Aktau sammitinin gündəliyinə üş əsas məsələ daxil edilib. Xəzəryanı ölkə rəsmiləri Xəzər dənizinin hüquqi statusunu, Xəzərdə əməkdaşlıq məsələlərini müzakirə edcəklər. Bu çərçivədə iqtisadiyyat, nəqliyyat, ekologiya və bioresursların qorunması, təhlükəsizlik mövzuları diqqət mərkəzində olmalıdır.

Sammitin sonuncu müzakirə mövzusu regional və qlobal beynəlxalqməsələlər olacağı gözlənir.

Sammitin yekunlarına əsasən yeni sənədin - Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması planlaşdırılır. Sözü gedən Konvensiyasnın layihəsi 2017-ci il dekabrın 4-ü və 5-də Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi çərçivəsində razılaşdırılıb.

Bundan başqa,mütəşəkkil cinayətkarlıq, terrorizmlə mübarizə və sərhəd qurumlarının qarşılıqlı fəaliyyətinə dair üç protokolun da imzalanması planlaşdırılır.

Xatırlatma

Xəzərin hüquqi statusu ilə bağlı 5 ölkə-Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan arasında danışıqlar gedir.Danışıqlar 20 il bundan öncə başlamışdı.

XS
SM
MD
LG