Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:47

'Xəzər sahilində oliqarx şıltaqlıqları'-media icmalı 


Xəzərin sahili,Fatmayi , 13 iyul 2011
Xəzərin sahili,Fatmayi , 13 iyul 2011

İnfrasturktur layihələrinin Azərbaycana iqtisadi səmərəsi, Xəzər sahillərinin hasarlanması, bəzi dövlət qurumlarının ləğv edilməsi nəticəsində işini itirənlərin taleyi və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Xəzərin sahilində

“Novoye Vremya” qəzeti-ndə “İtirməkdə olduğumuz Xəzər” sərlövhəli yazı oxumaq olar.

Müəllif Xəzərin ekoloji durumunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin direktoru Ərəstun Həsənov-la müzakirə edib.

Ə.Həsənov deyib ki, bu ilin yazında bir sıra dövlər qurumlarının Xəzər sahili zolaqda yerləşən obyekt sahiblərinə verdiyi xəbərdarlığın vaxtı bitir.

Direktor vurğulayıb ki, Xəzər sahillərini çoxsaylı villalar zəbt edib, nə Bakıda, nə şəhərdən kənarda Xəzərətrafı zonada bir qarış belə boş sahə qalmayıb, dəniz sahili tam hasarlanıb.

Bakı, Nardaran, 26 fevral 2014
Bakı, Nardaran, 26 fevral 2014

Ə.Həsənov xatırladıb ki, dəfələlərə sahilləri zəbt edənlərin cəzalandırılacağı deyilsə də bu söz olmaqdan o yana keçməyib:

“Hətta dənizin içinə doğru uzanan villalar var ki, ümumiyyətlə hər hansı icazə sənədi yoxdur. Belə hallar isə vətəndaşın istirahət hüququnun əindən alnmasıdır. Görünən də budur ki, oliqarxlar bu yerləri asanlıqla qaytarmaq fikirndə deyildirlər, bunun üçün isə dövlət başçısı işə qarışmalıdır”.

​Ə.Həsənov deyib ki, bu işə məsul olan şəxslər acizdir və onlar dəniz sahilindədki villalara yaxın getməyə belə cürət etmirlər: “Görünür bizim oliqarxalara anlatmaq olmur ki, dəniz sahili bütün vətəndşalara aiddir, bura “oliqrax şıltaqlıqları” məkanı deyil. Bunu indi etmək lazımdır, əks halda sahildə boş bir qaya belə qalmayacaq”.

“İş yeri bağlananlar...”

"Yeni Müsavat” qəzeti-ndə isə “Potensiallı kadrlar tezliklə digər qurumlarda iş tapacaqlar” sərlövhəli yazı yer alır.

Müəllif 2019-cu ildən elan edilən idaerəetmənin optimallşadıırlması və strurktur islahatları çərçivəsində bəzi qurumların ləğv edilməsi nəticəsində yaranan işsizliyin necə həll olunacağı ilə bağlı ekspert Pərviz Heydərov-la söhbət aparıb.

Yazıda qeyd edilir ki, struktur dəyişiklikləri zamanı xeyli sayda iş yerinin bağlanması nəzərdə tutulur. Amma müəllif eyni zamanda vurğulayır ki, bu məsələ “Dövlət qulluğu haqqında” qanun-da tənzimlənir. Həmin qanun bu qaydada işini itirən vətəndaşa vəzifə maaşına və ixtisasa uyğun işlə təminat məsələsində üstünlüklər verir.

İqtisadçı ekspert Pərviz Heydərov, , Bakı, 2 dekabr 2011
İqtisadçı ekspert Pərviz Heydərov, , Bakı, 2 dekabr 2011

Müəllif habelə xatırladıb ki, bu günlərdəKənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında çıxış edən dövlət başçısı da bu məsələyə toxunub. “...Mövcud strukturlarda, ixtisar olunan strukturlarda çalışan vətəndaşlar işlə təmin olunacaqlar. Kənd təsərrüfatında heç bir ixtisar gözlənilmir və digər strukturlara da tapşırılıb ki, islahatlar ixtisarlara gətirib çıxarmasın. Yəni o müəssisələrdə, o xidmətlərdə, agentliklərdə çalışan vətəndaşlar bilsinlər ki, onların məşğulluğu daim diqqət mərkəzindədir”, deyə yazıda qeyd edildiyinə görə, dövlət başçısı vurğulayıb.

İqtisadçı-ekspert Pərviz Heydərov isə “Yeni Müsavat”a açıqlamasında deyib ki, bu struktur islahatları özündə kadrlar üzrə təkmilləşdirməni, bu sahədə keyfiyyətin artırılmasını, daha az məsrəflə daha çox və daha böyük həcmdə işin yerinə yetirilməsinə nail olmağı nəzərəd tutur:

“Bu zaman, ixtisarların olması labüd xarakter daşıyır. Dövlət büdcəsi xərclərinin səmərililiyini artırmaq, həm də idarəetməni yaxşılaşdırmaq tədbirləri bundan yan keçə bilməz. Lakin bəllidir ki, ölkəmizdə işsizlik səviyyəsinin mümkün dərəcədə aşağı endirilməsi və ən aşağı həddə saxlanılması hökumətin sosial-iqtisadi siyasətində daimi yer tutur”.

Ekspert hesab edir ki, belə hallarda peşəkar kadrlar özəl sektora üstünlük verəcəklər. Onun fikrincə. bu, hər yerdə belədir...

“ Avropa və Asiya arasında körpü”

“Azərbaycan” qəzeti-ndə isə “Mükəmməl infrastruktur layihələri Azərbaycana iqtisadi və siyasi dividendlər qazandırır" sərlövhəli yazı dərc edilib.

Yazıda iri infrasturktur laiyhələrinin Azərbaycana qazancları dəyərləndirilir.

Dövlət başçısı İlham Əliyev-in bu günlərdə Davosdakı Dünya İqtisadi Forumu-nda transmilli şirkət rəhbərləri ilə görüşlərinə toxunan müəllif hesab edir ki, bu, ölkədə aparılan iqtisadi və struktur islahatlarnın dünya biznes elitasından ötrü cəlbedici olması ilə bağlıdır.

Müəllif habelə yazıb ki, nəqliyyat infrastrukturu layihələrinin uğurla icra edilməsi nəticəsində indi Azərbaycan-Avropa, eləcə də Avropa-Asiya arasında körpü yaranıb və bu hal ölkənin dünyada həm də siyasi nüfuzunu artırıb.

İlham Əliyev, 8 iyul 2018
İlham Əliyev, 8 iyul 2018

Yazıda vurğulanıb ki, dövlət başçısı bu sahədə Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində qarşıdakı hədəfləri açıqlayıb:

“...Eyni zamanda, Azərbaycanda nəqliyyat qovşağının yaradılması bizə Şərqdən Qərbə və Şimaldan Cənuba vacib tranzit ölkə olmaq imkanını verəcək. Bu investisiyalar gələcək üçün yatırılıb. Ola bilsin ki, biz gələcək on il ərzində yatırdığımız vəsaiti geri götürəcəyimizi gözləmirik. Lakin bizim planımız neft və qaz sektorundan başqa yeni imkanlar və gəlir mənbəyi yaratmaqdır. Bir gün neft və qaz tükənəcək. Lakin coğrafiyamızı nəzərə alsaq, nəqliyyat infrastrukturu həmişə qalacaq”, yazıda qeyd edildiyinə görə, Azərbaycan prezidenti İlham Əliyev deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG