Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:55

Xəzərdə itkin düçən neftçilərdən daha birinin meyiti tapılıb


Xəzər dənizində itkin düşən neftçilərin axtarışı aparılır, 1 yanvar 2017
Xəzər dənizində itkin düşən neftçilərin axtarışı aparılır, 1 yanvar 2017

Fevralın 17-də saat 17:20 radələrində Qaradağ rayonunun Pirsaat ərazisində dənizin sahilə yaxın hissəində meyit tapılıb.

Meyitin müayinəsi zamanı onun ötən ilin dekabrında “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş qəzada itkin düşən operator Vidadi Qurbanov olduğu müəyyən edilib.

2016-cı il dekabrın 15-də Qaradağ rayonu N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığımı Məntəqəsində estakadının bir hissəsi və ütündəki budkanın uçması ilə 10 dənizçi dənizə düşmüşdü. Onlardan ikisinin meyiti tapılmışdı. Qalan 8 nəfər itkin düşmüş sayılırdı.

Hazırda 7 nəfər itkin düşmüş sayılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG