Keçid linkləri

2024, 30 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 07:36

Astara sakini: 'Dənizə gedən yolları bağlayırlar'


Dəniz çəkilir
Dəniz çəkilir

Xəzər dənizinin geri çəkilməsi ilə sahildə torpaq sahələri genişlənib. Vaxtilə Astara şəhəri istiqamətində dənizin qarşısını almaq üçün tikilmiş bəndlər də diqqəti cəlb edir. Çıxarılmış beton dirəklərin yeri də görünür...

"Dəniz 50-60 metr geri çəkilib"

Yaxınlıqda yeməkxana fəaliyyət göstərir. Dəniz kənarında yaşayan sakinlərdən biri deyir ki, vaxtilə buralar su altında olub: "Dəniz az qala evimizi yuyacaqdı. 1992-ci ildə buradan köçməli olduq. Ondan əvvəl sahilbərkitmə işləri aparılmışdı. İndi dəniz 50-60 metr geri çəkilib. Sahildə qalmış betonları ovub tökürlər, onun içində olan armaturları götürürlər. Pillələr düzəltmişdilər, dənizin dalğaları pillələrə dəyirdi. Camaat gəlib pillələrdə əyləşərdi. İndi o pillələr yoxdur".

Balıqçı: 'Bax, dəniz burdaydı, indi 15 metr çəkilib, balıq yoxa çıxıb'
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Dəniz yerinin yeni sahibləri...

Adının çəkilməsini istəməyən həmin şəxsin deməsinə görə, dənizin çəkildiyi əraziləri də gözaltına alıblar: "Yəqin oranı hamarlayıb ərazini hasarlayacaqlar".

Şəhər sakini Vidadi Mirzəyev sahildə basdırılmış bəndlərin dağıdılmasını düzgün hesab etmir. O düşünür ki, Xəzər dənizi yenidən genişlənə bilər: "Mən o vaxtları icra orqanında mühəndis işləyirdim. Yadıma gəlir... Oraya milyonlarla pul xərclənib. Məqsədləri dənizin qarşısını alıb, oradan İrana dəmiryol çəkmək idi. 92-ci ildə dənizin qalxması ilə bağlı Astara şəhəri də təhlükə altına düşürdü".

Həsənağa Məmmədov
Həsənağa Məmmədov

"Sahili aralarında bölüblər"

Astara şəhər sakini Həsənağa Məmmədov isə dənizin hasarlanması məsələsinə toxunur. O deyir ki, İran sərhədi istiqamətində park tikilib, oradan dənizə düşmək mümkün deyil: "Şimal tərəfdə isə yaşayış evlərdir. Evləri sakinlərdən alıb mehmanxana tikirlər, dənizə gedən yolları bağlayırlar. Yer qalmayıb, sahili aralarında bölüblər. Ola bilər ki, kiminsə o əraziyə gözü düşüb. Sökəcəklər. Dəniz bu gün geri çəkilib, sabah yenə gələcək...".

Yaxınlıqda dəmiryol vağzalı yerləşir. Dəmiryol xətti sahilə yaxındır. Elə yerlər var ki, bərkitmə işləri görülür, betonlayıblar, çaydaşıları töküblər. İrana gedən qatarlar da burdan gedir. Dəniz çəkilsə də, yarağanlar qalır.

Beton dirəklər
Beton dirəklər

İcra hakimiyyətindən: "Oraya baş çəkərik"

Astara rayon İcra Hakimiyyəti Aparatının memarlıq və tikinti şöbəsinin müdiri Balacan Həbibov isə dəniz kənarında basdırılmış beton dirəklərin və panellərin dağıdılması ilə bağlı məlumata malik olmadığını deyir: "Sahilbərkitmə işlərini çox yerdə aparıblar. Həmin əraziyə baxış keçirdərik".

Şöbə müdirinin deməsinə görə, sahilbərkitmə işlərinə 1988-ci ildə başlanıb, başa çatdırılmayıb: "Ölkəmizdə müharibə oldu, işlər dayandı. Astara rayonunun dəniz kənarında yerləşən Şahağacı kəndindən başlamış, İran sərhədinə qədər sahildə iş getməli idi. Elə yerlər var beton dirəklər basdırılıb, elə yerlər də var ki, daşlar töküblər. Ola bilər ki, dənizin içini təmizləyiblər, çimərlik məqsədilə. Kimin nəyinə lazımdır ki, panelləri götürsün? Oraya baş çəkərik".

XS
SM
MD
LG