Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 06:34

'Xəyal adası'nda işləyən fəhlələrin maaş tələbi


Fəhlələr.

«Fəhlə işləmişəm. İki aydır maaş verilmir. Günü günə satırlar. Dedilər, «cümə günü gəlin», biz də səhər saatlarında gəldik, baxdıq ki, ofisə giriş kartımızı bloklayıblar ki, içəri daxil ola bilməyək. Toplaşıb ofisin qarşısında gözləyirik ki, bəlkə kimsə qarşımıza çıxıb bizi dinləyə...».

Bunu AzadlıqRadiosuna «Xəyal adası» layihəsində fəhlə kimi çalışmış Qərib Hüseynov deyir.

YÜZLƏRLƏ FƏHLƏNİN İKİ AYLIQ MAAŞI GECİKƏNDƏ...

Qərib Hüseynovun sözlərinə görə, fevralın 24-də səhər saatlarında 60-70 fəhlə maaş tələbilə «Xəyal adası» layihəsini gerçəkləşdirən şirkətin Qala qəsəbəsi yolunun üstündəki ofisinin qarşısına toplaşıb. Günortayadək gözlədikdən sonra bir qisim dağılışıb, bir qisimsə hələ də ofisin qarşısında maaş tələbi səsləndirir.

«Xəyal adası» «Azərsun Holdinq» Şirkətlər Qrupunun layihəsidir. Layihədə yüzlərlə fəhlə çalışır. Onların deməsinə görə, iki aydan çoxdur ki əməkhaqqı verilmir. Layihə üzrə tikintidə hörgü, suvaq, elektrik işləri görmüş fəhlələr indi qapı arxasında qalıb. Məsələn, Qərib Hüseynov iddia edir ki, şirkətin təkcə ona 1000 manat borcu var: «Maaşım 550-600 manatdır. Ümumiyyətlə, fəhlələrin çoxunda maaş belədir. İndi özünüz düşünün, yüzlərlə fəhlənin iki aylıq maaşı gecikəndə, borcun məbləği hara gedib çıxır».

«CİBİBOŞ NECƏ QAYIDAQ?»

Qərib Hüseynov maaşın gecikdirilməsi ucbatından üst-üstə yığılan problemlərdən danışır: «Evdə işığı, qazı, suyu kəsiblər. Ailəmizin yanına cibiboş nə üzlə qayıdaq? Çıxsınlar, bir söz desinlər, heç olmasa, maaşımızın bir hissəsini versinlər, aparıb kommunal borcumuzu, bankımızı ödəyək».

Qeyd edək ki, hələ 2 il öncə prezident İlham Əliyev «Xəyal adası» layihəsinin icra olunduğu ərazidə olub. Yaşayış, ticarət, əyləncə və idman sahələrini əhatələyən kompleks Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolun kənarında yerləşir. Kompleksin yaşayış sahəsində 2 min 100 mənzil, 300 villa inşa olunur. Ərazisi 320 hektardır.

«AZƏRSUN» PULU ÖDƏYİB

«Azərsun Holdinq»in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov AzadlıqRadiosuna bildirib ki, fəhlələrin maaşı subpodratçı şirkətə ödənilsə də, şirkət fəhlələrə verməyib: ««Xəyal Adası»nın rəhbərliyi tərəfindən subpodratçı şirkətə bütün vəsaitlər ödənilib. Baxdıq ki, şirkət ödədiyimiz pulları fəhləsinə vermir, fəhlələrdən şikayətlər gəlir. Biz də həmin şirkətin avadanlıqlarını ərazidə saxladıq, götürməsinə icazə vermirik və tələb edirik ki, fəhlələrin maaşını ödəsin, öhdəliklərini yerinə yetirsin. Hüquq-mühafizə orqanlarına müraciət edəcəyik. Şirkətin ona 100 faiz ödəniş etməsinə baxmayaraq, 2 aydır fəhlələrin əməkhaqqını ödəmir. «Azərsun Holdinq»in rəhbərinin ilk tələbi odur ki, fəhlənin alnının təri üçün şirkətdən alınan pul vaxtında fəhləyə ödənilsin».

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG