Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:01

Bina yanğınına görə axtarışda olan şəxs ölkəyə qayıdıb və həbs olunub


Yanğın binanı bu hala saldı
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

Yanğın binanı bu hala saldı

2015-ci ilin aprelində Xətai rayonu, Zığ yolundakı 9-mərtəbəli yaşayış binasının yanmasına görə həbs olunan üç nəfərdən biri – Nüsrət Muxtarov təcridxanada dünyasını dəyişdi. Binanı üzləmiş «TNH» şirkətinin rəhbəri kimi təqdim edilən Fərid SadıqovZaur Əşrəfov təxminən ilyarım həbsdə saxlandıqdan sonra şərti cəza ilə məhkəmə zalından azadlığa buraxıldı.

F.Sadıqov məhkəmədə deyirdi ki, sənədlərdə o, şirkətin rəhbəri kimi göstərilsə də, əslində, belə deyil. Onun sözlərinə görə, şirkətin faktiki rəhbəri Məmməd Vəliyev olub. Həmin Məmməd Vəliyev də axtarışa verilmişdi.

İndi məlum olur ki, Vəliyev həbs olunub. Sentyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun mühakiməsi başlayıb. Bina yanğınına görə növbəti cinayət işinə Fikrət Qəribovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Bugünkü hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirib. Məhkəmə baxışı sentyabrın 12-nə təyin olunub.

M.Vəliyevin vəkili Ceyhun Yusifov deyir ki, hüquqlarını müdafiə etdiyi şəxs yanğına görə ölkədən qaçmayıb:

«Məmməd Vəliyev yanğınla bağlı cinayət işi başlanmamışdan dörd ay əvvəl ölkədən getmişdi. O, işadamıdır və iş üçün gedib. Azərbaycana da könüllü şəkildə qayıdıb və iki ay əvvəl həbs edilib».

2015-ci il aprelin 10-da Xətai rayonu, Zığ yolu küçəsi, 16 saylı ünvanında poliuretan materialla üzlənmiş yaşayış binası yanıb. Hadisə nəticəsində insan itkisi olmasa da, mənzillərin əksəriyyəti yanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG