Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:50

Zığ yolundakı bina yanğınına görə tutulanlar azadlığa buraxıldı


Fərid Sadıqov
Fərid Sadıqov

2015-ci il aprelin 10-da Xətai rayonunda – Zığ yolu küçəsində 9-mərtəbəli binanın yanmasına görə həbs olunmuş iki nəfər dekabrın 30-da məhkəmə zalından azadlığa buraxılıb. Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar İsmayılovun sədrlik etdiyi hakimlər heyəti qərar verib.

Həbsdən buraxılanlar binanı poliuretan materialla üzləyən TNH şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərlik edən Fərid Sadıqov və şirkətin direktoru Zaur Əşrəfovdur. Onların hər birinə 3 il şərti cəza verilib.

Bu yanğına görə həbs olunmuş və iyulda Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında ürəktutmadan dünyasını dəyişmiş üçüncü təqsirləndirilən - şirkətin direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov barəsində cinayət işinə isə xitam verilib.

Məhkəmənin hökmündən əvvəl Fərid Sadıqov və Zaur Əşrəfov son söz deyiblər. Onların son sözü qısa olub, məhkəmədən ədalətli hökm çıxarılmasını istəyiblər.

Zaur Əşrəfov
Zaur Əşrəfov

Bir neçə dəqiqəlik müşavirədən sonra hakimlər onların həbsdən buraxılması haqda hökmü elan edib.

XATIRLATMA

Bina yanğınına görə təqsirləndirilənlərə CM-in 225.2 (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələr doğuranda) maddələrilə ittiham verilmişdi. İttihama görə, bina keyfiyyətsiz materialla üzlənmə nəticəsində alışıb.

Amma təqsirləndirilənlər özlərini suçlu bilmirlər. Fərid Sadıqov məhkəmədə deyib ki, iş materiallarında TNH şirkətinin faktiki rəhbəri kimi təqdim olunsa da, belə deyil, özünün «Astoriya» MMC adlı tikinti şirkəti var və Bakıda bina tikintisilə məşğul olur. Onun dediyinə görə, TNH şirkətinin rəhbəri olan Məmməd Vəliyev yanğından dərhal sonra Azərbaycanı tərk edib.

Xətaidəki bina yanğınında insan tələfatı olmasa da, sakinlərə ciddi ziyan dəyib.
Yanğın nəticəsində sakinlərə dəymiş ziyanın dövlət tərəfindən ödənildiyini deyilsə də, məhkəmədə dindirilən zərərçəkmişlərin bir neçəsi kompensasiya almadıqlarını, bəziləri isə verilən məbləğin onları qane etmədiyini bildirmişdi.

Yanğın binanı bu hala saldı
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG