Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:36

Xətaidə bina yanğınına görə həbs olunanlar azadlığa buraxıla bilər


Yanğın binanı bu hala saldı
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

Yanğın binanı bu hala saldı

Ötən il aprelin 10-da Xətai rayonunda - Zığ yolu küçəsində 9-mərtəbəli binanın yanması ilə bağlı altı aydır gedən məhkəmə yekunlaşır. Dekabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Mübariz Miriyev çıxış edərək, təqsirləndirilən iki nəfərə - binanı poliuretan materialla üzləyən TNH şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərlik edən Fərid Sadıqov və şirkətin direktoru Zaur Əşrəfova cəza istəyib.

Buna da bax-Yanan binanı kim üzlədib?

Prokuror deyib ki, təqsirləndirilənlərə CM-in 225.2 (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələr doğuranda) maddələriylə verilmiş ittihamlar məhkəmədə də təsdiqlənib. Sübut olunub ki, bina keyfiyyətsiz materialla üzlənmə nəticəsində alışıb.

Bununla belə, prokuror onların həbsdə saxlanılmasını istəməyib.

4 İL CƏZA İSTƏNİLDİ, AMMA...

Dövlət ittihamçısı çıxışının sonunda təqsirləndirilənlərin hər birinə 4 il cəza istəsə də, onların həbsdə qalmasının tərəfdarı deyil. Onlara münasibətdə CM-nin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq olunub və üç il sınaq müddəti müəyyənləşdirməklə, həbsdən buraxılmalarını təklif edib.

Buna da bax-Yanan bina işi: ‘Düzdür, kompensasiya verdilər, amma nə olsun?!’

Bu məhkəmə prosesi başlayanda, hakim önünə çıxarılanlar üç nəfər idi. Amma prosesin gedişində onlardan biri - şirkətin direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında dünyasını dəyişdi. Nüsrət Muxtarova gəlincə, prokuror onun barəsində cinayət işinə xitam verilməsini məqsədəuyğun sayıb.

Daha sonra təqsirləndirilənlərin müdafiəçiləri çıxış edib. Vəkillər müdafiə etdikləri şəxslərin heç bir günahı olmadığını bildirərək, onlara bəraət verilməsini istəyiblər.

Dekabrın 30-da keçiriləcək növbəti məhkəmə iclasında təqsirləndirilən şəxslər son sözünü deyəcək. Ardınca da hökm elan olunacaq.

Xətaidəki bina yanğınında insan tələfatı olmasa da, sakinlərə ciddi ziyan dəyib. Prokuror çıxışında dəymiş ziyanın dövlət tərəfindən ödənildiyini desə də, məhkəmədə dindirilən zərərçəkmişlərin bir neçəsi kompensasiya almadıqlarını, bəziləri isə verilən məbləğin onları qane etmədiyini bildirmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG