Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 09:35

Elə xəstəliklər var ki, müalicəsini mütləq dövlət ödəməlidir


Pashinyan: Orduda yemək dəhşətdir,oğlum həmişə zəng edib nəsə istəyir
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Pashinyan: Orduda yemək dəhşətdir,oğlum həmişə zəng edib nəsə istəyir

Elə xəstələr var ki, onların müalicəsi bir dəfəyə keçmir, gərək uzun illər və ya ömrü boyu müalicə olunasan. Azərbaycanda bu cür xəstələr müalicəyə pul çatdıra bilirmi?

Məsələn, autizmli uşaqların Azərbaycanda reabilitasiyası üçün bir ayda azı 1000 manat lazımdır.

Bakı sakini Zülfüqar Ağayev deyir ki, 11 yaşlı oğlu İsmayılın müalicəsinə pul çatdırmaq çətindir, dövlətin isə onlara heç bir yardımı yoxdur:

“Bu xəstəliyin dərmanlarla bilinən müalicəsi yoxdur. Ömür boyu psixoloq və laqopedlə reabilitasiya keçməlidirlər. Bizim əsas problemimiz odur ki, dövlətin heç bir reabilitasiya mərkəzi yoxdur və biz özəl xəstəxanalara müraciət etməliyik, özəl xəstəxanalar isə çox bahadır”.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Qənirə Paşayeva bu günlərdə Milli Məclisdə çıxışında deyib ki, autizmli xəstələrin sayı getdikcə artır və dövlət bu xəstələrə yardım etməlidir.

Şəkərölçən cihaz və sair

Son illər dövlət hesabına aparılan müalicələrdən biri də şəkərli diabet xəstələridir.

Onlar verilmiş resept üzrə dərmanları apteklərdən əsasən ala bilirlər. Amma bu sahədə də problemlər olmamış deyil.

Astara sakini Elçin İbrahimli deyir ki, qardaşı şəkər xəstəsidir, iki ayağı da kəsilib. Onun sözlərinə görə, şəkər xəstələri üçün dərmanlar verilsə də, şəkərin miqdarını ölçən avadanlıq lazım olan qədər verilmir, qlükometrin çöplərini əlavə almaq lazım gəlir:

“İki gündən bir bir çöp lazımdır.Hökumət isə altı aylıq müddətə cəmi 25 ədəd çöp verir. Məcburuq apteklərdən alaq”.

Şəkərölçən cihaz və onun çöpləri çox bahadır
Şəkərölçən cihaz və onun çöpləri çox bahadır

Elçin İbrahimli deyir ki, xəstənin durumundan asılı olaraq, bu çöpləri alırlar. Həmin çöplərin 25-50 ədədi isə bazarda 30 manata satılır.

Tibb professoru Adil Qeybulla deyir ki, xəstənin şəkərini gündə azı bir dəfə ölçmək lazımdır, bu isə günə bir çöp deməkdir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovaya suallarımızı ünvanlasaq da, gün ərzində sorğumuza cavab ala bilmədik.

Dövlət ödəməsə, insanlar öləcək

“2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramında deyilir ki, belə xəstələrə dövlət qayğısı nəticəsində, onların arasında ölüm səviyyəsi 2 dəfədən çox enib.

Tibb professoru Adil Qeybulla deyir ki, autizm, şəkərli diabet, hipertoniya, talassemiya kimi xəstəliklərin müalicəsini dövlət tam öz üzərinə götürməlidir, çünki bu xəstəliklərin müalicəsi böyük pullar tələb etdiyindən vətəndaş onu özü ödəyə bilmir. Adil Qeybulla deyir ki, inkişaf etmiş ölkələrdə, belə xəstələr dövlət hesabına müalicə olunur:

"Ən ciddi problem kombinə olunmuş müalicəyə ehtiyacı olan xəstəliklərdir. Məsələn, onkoloji xəstələr. Çünki bu xəstələr əməliyyatdan sonra polikimyəvi terapiya, şüa müalicəsi almalıdırlar. Bəziləri isə uzun müddət bahalı dərmanlarla müalicə olunmalıdırlar".

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikrilərini öyrənib:

Müalicəsi baha başa gələn xəstəliklər hansıdır
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00

Azərbaycanda hələ ki, tibbi sığorta bütün ölkə boyu tətbiq olunmur, bunun gələn il reallaşacağı gözlənilir. Adil Qeybulla deyir ki, tibbi sığorta paketində belə müalicəsi baha olan xəstəliklər xüsusi nəzərə alınmalıdır.

XS
SM
MD
LG