Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:19

Mikrorobotlar xərçəng xəstəliyinin müalicəsinə kömək edəcək


Foto arxiv
Foto arxiv

«The Daily Mail»in xəbərinə görə, Cənubi Koreyanın Çonnam Dövlət Universitetinin professoru Park Suk-ho xəstəliyin müalicəsinə robot texnologiyasını cəlb edib. O, xərçəngin yayılmasını önləyən dərmanların təsirini gücləndirəcək 20 mikrometr ölçüsündə robotlar yaradıb.

ŞİŞ DAXİLDƏN YOX EDİLİR

Mikrorobotlar ən mürəkkəb və müalicəsi çətin şiş növlərinə qarşı düşünülüb. Bu robotlar şişlərin müalicəsində insanın immun sisteminin tərkib hissəsi olan makrofaqlar rolunu oynayır. Onlar preparatları xərçəng hüceyrələrinə çatdırır.

Dərmanları hara çatdırmaq gərəkdiyini, şişin dəqiq yerini bilmələrindən ötrü robotlar maqnit nanozərrəciklərlə təchiz edilib. Operator, xüsusi avadanlığın yardımı ilə, robotları lazımi istiqamətə yönəldir və şiş daxildən yox edilir.

Alimlər yeni üsulun xərçəng xəstəliyinin müalicəsində daha effektiv olacağını düşünürlər.

XS
SM
MD
LG