Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:03

Xədicə İsmayıl sanksiya təşəbbüsünü dəstəkləyir


Xədicə İsmayıl
Xədicə İsmayıl

►“Hökumət bizə münasibətdə səhvə yol verib. Sağlam məntiqə qulaq asıb, səhvini düzəltmək istəsə, bu imkan var.

Bunu etməyə məntiqi çatmırsa, hökuməti sağlam məntiqə dəvət edən istənilən addımı, o cümlədən ABŞ-dan gələn sanksiya təşəbbüslərini alıqışlayırırq. Vacib olan həqiqətin qələbəsinə nail olmaqdır. Yalanın “həbs-əfv-həbs” ssenarisi ilə davam etməsinə yardımçı olmaq bizə yaraşmaz”.

Bunu həbsdəki araşdırmaçı jurnalist Xədicə İsmayıl deyib. Dekabrın 30-da vəkili Yalçın İmanov onunla görüşüb. Vəkil görüş zamanı sonuncu əfv sərəncamı barədə danışdıqlarını da deyib. Yalçın İmanov bildirir ki, Xədicə İsmayıl Chris Smith-in hazırladığı və insan haqlarını pozan Azərbaycan rəsmilərinə viza qadağası qoymağa çağıran qanun layihəsini dəstəkləyir. Bildirir ki, Amerika siyasətçiləri ilk dəfədir insan hüquqlarının bərpası üçün doğru və sistemli təşəbbüsə başlayıb:

“Ümid edirəm ki, bu təşəbbüs sona qədər davam edəcək. Bu təşəbbüs heç kimin yox, məhz Azərbaycan xalqının maraqlarına xidmət edir. Yalnız özünü bu xalqın yanında yox, qarşısında görmək istəyənlər bu təşəbbüsə qarşı çıxa bilərlər”.

Buna da bax: Bakı Yeni ilə hazırdır- [Fotolar]

Dekabrın 24-də ABŞ Helsinki Komissiyasının sədri Chris Smith-in Konqresə təqdim etdiyi «Demokratiya aktı» Azərbaycanda vəzifəli şəxslərə viza qadağasını nəzərdə tutur.

Jurnalist Xədicə İsmayıl mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə təqsirli bilinərək 7 il yarım azadlıqdan məhrum edilib Jurnalist ittihamları rədd edir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu deyir.

«Amnesty International» Xədicə İsmayılı «vicdan məhbusu» elan edib.

ABŞ Azərbaycanda sanksiya qoyacaqmı?
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

XS
SM
MD
LG