Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:42

Xədicə İsmayıl izahat istəyir


Xədicə İsmayılla geniş müsahibə
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Xədicə İsmayılla geniş müsahibə

►Jurnalist barəsindəki sınaq müddətinin cəza müddətindən daha uzun dövrü əhatə etməsinin hüquqi əsaslarından şübhələndiyini qeyd edir

Araşdırmaçı jurnalist, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayıl Ədliyyə Nazirliyinə və Ali Məhkəmənin hakimi Əli Seyfəliyevə müraciət edib.

Jurnalistin müraciəti barəsindəki məhkəmə hökmü ilə bağlıdır.

X. İsmayıl Ədliyyə Nazirliyinə müraciətində mayın 25-də Ali Məhkəmədə barəsində hökm çıxarılmasını yada salır və ona bəzi bilgi verilməsini istəyir.

“Ali Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin barəmdə çıxardığı və Bakı Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı hökmü dəyişdirdi. Mənə 5 il sınaq müddəti olmaqla, üç il yarım şərti həbs cəzası təyin etdi” -yazan jurnalist barəsindəki sınaq müddətinin cəza müddətindən daha uzun dövrü əhatə etməsinin hüquqi əsaslarından şübhələndiyini qeyd edir. Jurnalist bununla bağlı mövcud olan məhkəmə təcrübəsi haqda ona bilgi verilməsini istəyir.

X.İsmayılın hakim Əli Seyfəliyevə müraciəti də həmin məhkəmə qərarı ilə bağlıdır. Jurnalist qeyd edir ki, Ali Məhkəmənin qərarı ona çatdırılmayıb. Qərar məhkəmənin saytına da daxil edilməyib.

____________________________________________________________

Bunlara da bax:
«Banklar əhalinin başına oyun açmaqdan əl çəkmək istəmirlər»
Məhəmməd Əli qanlı hadisələr haqda şeirini deyir- [Video]

____________________________________________________________

“Həbsxanada mənə təqdim olunan çıxarışda şərti cəza ilə bağlı məhkəmənin üzərimə qoyduğu vəzifələr göstərilməyib. Xahiş edirəm, qərarın surətini mənə göndərəsiniz, internet səhifəsinə yerləşdirəsiniz və şərti cəza ilə bağlı üzərimə düşən vəzifələri mənə izah edəsiniz” – jurnalist yazıb.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5 də həbs olunmuşdu. Jurnalist mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilmişdi. O, ittihamları rədd edir və həbsin səbəbini jurnalist fəaliyyəti, xüsusən hakimiyyətin korrupsiya əməllərinə dair araşdırmaları ilə izah edirdi.

Ali Məhkəmə mayın 25-də onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı və Bakı Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı hökmü dəyişdirib. Jurnalistə 5 il sınaq müddəti olmaqla, üç il yarım şərti həbs cəzası verilib və o azadlığa buraxılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG