Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 21:51

Beynəlxalq təşkilatlar Xədicə İsmayılovanın ölkədən çıxışına qadağanı götürməyə çağırıblar


Khadija Ismayilova-araşdırmaçı jurnalist

Beynəlxaql qeyri hökumət təşkilatları Azərbaycan hakimiyyəti araşdırmaçı jurnalist Xədicə İsmayılovanın ölkədən çıxışına qoyulmuş qadağanı ləğv etməyə çağırıblar.

Bu barədə “Senzura indeksi”,“Sərhədsiz Reportyptlar“ və “Beynəlxalq şəffavlıq” təşkilatlarının yanvarın 15-də yaydıqları birgə bəyanatda bildirilir.

Məlumatda qeyd edilir ki, araşdırmaçı jurnalist Xədicə İsmayılova 2015-ci ilin sentyabrında yeddi il yarım azadlıqdan məhrum edilib. 2016-cı ilin mayında şərti olaraq azadlığa buraxılsa da onun ölkədən çıxışına qoyulmuş qadağa hələ də davam edir.

Məlumatda bildirilir ki, vəkillər onun, rumıniyalı jurnalist Paul Radu-nun məhkəməsində ifadə verməsi üçün Böyük Briyaniyaya səfərinə icazə verilməsinə çalışırlar.

Paul Radu - Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Proyektinin (OCCRP) icraçı direktoru
Paul Radu - Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Proyektinin (OCCRP) icraçı direktoru

Paul Radu Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Proyektinin (OCCRP) icraçı direktoru və həmtəsisçisidir.

Qeyd edək ki, Azərbaycan parlamentinin deputatı Cavanşir Feyziyev Radu-nu “Azərbaycan pulyuyan maşını” layihəsi çərçivəsində yazılan məqalələrinə görə Londonda məhkəməyə verib.O jurnalisti böhtan atmaqda ittiham edir

Bəyantda, OCCRP-in Azərbaycandakı aparıcı əməkdaşı Xədicə İsmayılovanın bu iş üzrə əsas şahid olduğu bildirilir.

"Azərbaycan Xədicə İsmayılovanı cəzalandırmaq və reportajlarının qarşısını almaq üçün ədalətsiz olaraq onun səfər etməsini əngəlləyir, “Senzura indeksi” təşkilatının icraçı direktoruJodie Ginsberg bildirib.

Paul Radu-nun işi üzrə məhkəmə yanvarın 20-də başlayacaq.

Bu 3 qeyri-hökumət təşkilatı, Britaniya hakimiyyətini Xədicə İsmayılovanın ölkədən çıxışına qadağanın götürülməsi və Radu-nun məhkəməsində ifadə vrməsinə imkan yaradılması ilə bağlı onların çağırışına qoşulmağa çağırıblar.

XS
SM
MD
LG