Keçid linkləri

2025, 17 Mart, Bazar ertəsi, Bakı vaxtı 02:11

Xədicə İsmayılın cəzası azaldıldı


Vəkil Fariz Namazlı və Xədicə İsmayıl
Vəkil Fariz Namazlı və Xədicə İsmayıl

Araşdırmaçı-jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın üzərindəki şərti cəzanın müddəti 3 il 6 aydan 2 il 3 aya endirilib.

Avqustun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə qərar çıxarılıb.

Qərarı ötən il sentyabrın 1-də jurnalistin 7 il 6 ay azadlıqdan məhrum edilməsinə dair hökm çıxarmış, Ramella Allahverdiyevanın sədrlik etdiyi hakimlər kollegiyası verib.

Xədicə İsmayıl və vəkili Fariz Namazlı məhkəmənin qərarına münasibət bildirir

Xədicə İsmayılın cəzası azaldıldı
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Ali Məhkəmə 25 may 2016-cı il tarixli qərarı ilə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə həbsdən buraxılıb.

Xədicə İsmayıl ittihamları qəbul etmir və korrupsiya araşdırmalarına görə cəzalandırıldığını bildirir.

Buna da bax - Xədicə İsmayılla geniş müsahibə

Xədicə İsmayılla geniş müsahibə
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Xədicə İsmayıl mayın 25-də Ali Məhkəmənin qərarına əsasən, 3 il 6 şərti cəza ilə azadlığa buraxılarkən, onun üzərində iki maddə ilə ittiham saxlanılmışdı - 192 (qanunsuz sahibkarlıq) və 213 (vergidən yayınma).

İyulun 1-dən Cinayət Məcəlləsinə dəyişikliklər qüvvəyə minəndən sonra jurnalist 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddə ilə ittihama xitam verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə ilə müraciət etmişdi. Ərizədə göstərmişdi ki, dəyişikliklə 192-ci maddənin dispozisiyası konkretləşdirilib. Əvvəl həmin maddədə «dövlət qeydiyyatına alınmadan fəaliyyət»dən bəhs olunurdusa, dəyişiklikdən sonra konkret göstərilib ki, söhbət vergi orqanında qeydə alınmaqdan gedir.

X.İsmayıla CM-nin 192-ci maddəsi ilə verilən ittihamda yazılıb ki, o, Azərbaycan Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmədən xarici mediada (AzadlıqRadiosu) fəaliyyət göstərib və 2010-2014-cü illərdə 79 min 480 manat gəlir əldə edib.

X.İsmayılın ərizəsi qismən təmin olunub. Məhkəmə belə nəticəyə gəlib ki, qanunsuz sahibkarlıq ittihamına xitam verilməməlidir, çünki dəyişikliklərdən sonra da söhbət təkcə vergi uçotuna qeydə alınmadan yox, ümumiyyətlə, dövlət orqanında qeydə alınmadan sahibkarlıq fəaliyyətindən gedir. Amma dəyişiklikdən sonra bu maddə üzrə külli miqdarın 100 min manatdan yuxarı məbləğə aid edildiyi nəzərə alınaraq, jurnalistə verilən ittiham da 192.2.2 maddədən 192.1-ci maddəyə tövsif olunub. Ali Məhkəmənin bu maddə üzrə ona təyin etdiyi 3 il cəza isə 4 aya endirilib. Jurnalistə CM-nin 213-cü (vergidən yayınma) maddəsi ilə də təyin olunmuş 2 il cəza nəzərə alınıb, X.İsmayılın üzərində qəti olaraq 2 il 3 ay şərti cəza saxlanılıb. Amma şərti cəza ilə əlaqədar jurnalistə Ali Məhkəmənin təyin etdiyi 5 il sınaq müddəti elə olduğu kimi saxlanılıb.

X.İsmayıl qərarla razılaşmır, deyir ki, məhkəmə qanunu öz istədiyi kimi tətbiq etdi: «Qanunda «dövlət orqanında» ifadəsindən sonra mötərizədə «vergi uçotunda» ifadəsi yazılıb. Yəni qanun konkretləşdirib».

Jurnalistin vəkili Fariz Namazlı deyir ki, qərardan apellyasiya şikayəti verəcəklər.

XS
SM
MD
LG